Ermənistanın Gürcüstan vasitəsilə blokadadan çıxmaq arzusu gözündə qalacaq - NƏ BAŞ VERİR?

“Regionda yaranan yeni imkanlardan istifadə səylər tələb edir”. Bunu Tbilisidə səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Qaribaşvili ilə keçirdiyi görüşdə deyib. Baş nazir Gürcüstanın hökumət başçısı ilə görüşdə qarşı tərəfə Ermənistan hökumətinin regional məsələlərlə bağlı mövqe və təkliflərinin təqdim olunduğunu bildirib: “Biz mövcud imkanlara əsaslanaraq bir-birimizə dialoqda kömək etməyə çalışırıq. Hesab edirəm ki, imkanların istifadəsində qarşılıqlı dəstək risk idarəçiliyini daha əlçatan edəcək”. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə öz növbəsində vurğulayıb ki, Qarabağ müharibəsinin başa çatması bölgədə yeni imkanlar yaradacaq. Onun sözlərinə görə, Gürcüstan bölgədə sülh, sabitlik və əmin-amanlığın tərəfdarıdır: “Ümid edirəm, müharibənin başa çatması ilə yeni imkanlara yol açılacaq. Gürcüstan regionda yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırdır”.

Qaribaşvili Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaşmaya da toxunub: “Bu, presedenti olmayan hadisə oldu. Gürcüstan bundan sonra da Azərbaycan və Ermənistan arasında rolunu oynamaqda davam etməyə hazırdır”. Məlumat üçün deyək ki, Paşinyan səfər çərçivəsində Prezident Salome Zurabişvili ilə də görüşüb.

Ekspertlərin fikrincə, Paşinyanın Tbilisiyə səfəri ikitərəfli münasibətlərdən qaynaqlanan ziyarət kimi görünsə də, baş nazirin əsas gündəliyində Ermənistanın blokadadan çıxarılması və kommunikasiya xətlərinin açılması yer alıb. Onların fikrincə, ana hədəf Zəngəzur dəhlizinə alternativ marşrutun yaradılmasıdır. Şərhçilərə görə, Nikol Qaribaşvili ilə Fars körfəzi - Qara dəniz marşrutunun müzakirəsini aparıb və bu layihənin müəllifi Tehran hökumətidir. İranın məqsədi Gürcüstan üzərindən Avropa bazarına çıxış əldə etmək, tranzitdə Türkiyədən asılılığı, eləcə də Ankaranın regional təsirlərini azaltmaqdır.

İrandan Ermənistana uzanan marşrut Gürcüstanın Poti limanına, oradan da Qara dəniz üzərindən Bolqarıstana çıxmalıdır. Lakin İrəvan marşrutu həlli çətin olan problemlərə malikdir. İran-Ermənistan dəmir yolunun, eləcə də Ermənistan daxilində avtomobil yollarının inşasına milyardlarla dollar vəsait lazımdır və bu vəsait nə ermənilərdə, nə də Tehranda var.

Paşinyanın Gürcüstan səfərini “Şərq”ə təhlil edən Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, Azərbaycan tərəfi İrəvana dəfələrlə nəqliyyat və müəyyən iqtisadi məsələlərlə bağlı təkliflər irəli sürüb. Siyasi şərhçinin sözlərinə görə, İrəvan nə qədər qeyri-konstruktiv mövqe sərgiləsə də, qaçılmaz reallıqlar Ermənistanı əməkdaşlığa vadar edir:

“Son günlər Paşinyan Türkiyə ilə sərhədlərin açılmasından, regional kommunikasiyaların bərpasından danışır. Lakin İran və Gürcüstanla birgə yeni layihələrin reallaşmasında daha maraqlı olduğunu dilə gətirir. Paşinyan hökumətinin şimal və cənub qonşuları ilə sıx əlaqə qurmaq cəhdləri ortadadır. İran tərəfdən bəyənilən və reallaşması çoxdan arzulanan layihə var.

Ancaq Ermənistanın maliyyə imkanlarının zəif olması səbəbindən İran-Ermənistan-Gürcüstan və Avropaya uzanacaq yeni marşrut xəttini həyata keçirmək mümkün olmur.

Avropa İttifaqı Ermənistanın Rusiyadan asılılığını azaltmaq, Türkiyədən asılı vəziyyətə düşməsinə imkan verməmək üçün bu layihənin gerçəkləşməsində istəklidir.

Hətta bəzi mənbələrə görə, bu marşrutun yaxın dövrdə reallaşması üçün Aİ tərəfindən maliyyə dəstəyi sözü verilib. Xatırlayırsızsa, bir neçə gün əvvəl Avropa İttifaqı tərəfindən Zəngəzur bölgəsinə 30 milyon avro vəsait ayrılmışdı. Bəhs edilən nəqliyyat yolunun inşası Aİ ilə yanaşı, İran tərəfindən dəstəklənir”.

Z.Məmmədov qeyd edib ki, Zəngəzur dəhlizinin işə düşməsindən narahatlıq duyan tərəflərdən biri də Gürcüstandır:

“İran və Ermənistandan keçən marşrutun Gürcüstan vasitəsilə Avropaya uzanmasında Tbilisi də həvəslidir. Ötən ilə qədər Gürcüstan Ermənistanla hər hansı layihəyə imza atmağa tərəddüd edirdi. Çünki bu ölkənin yer aldığı bütün layihələrin müəllifi Azərbaycan və Türkiyədir. Həm də bölgədə həll olunmamış münaqişə var idi.

44 günlük müharibədən sonra regionda yeni iqtisadi proseslərin əsası qoyuldu. Nəticədə Tbilisi və İrəvanın qarşısında yeni imkanlar meydana çıxdı. İndi hər iki tərəf bunu dəyərləndirməyə çalışır”.

Son xəbərlər

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var

Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir

Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31