Yeni kütləvi zərurət: pulumu al, gələcəyimə qərar ver - NƏ ETMƏLİ?

Son illərdə abituriyentlərin ixtisas seçimini bu işlə məşğul olanlara həvalə etməsi çoxalıb, daha dəqiq desək, adi hal alıb. Bu hal daha çox əvvəllər az bal toplayanlar və rayonlarda yaşayanlar arasında müşahidə olunurdu. Onlar hansısa kiçik bir səhv və ya diqqətsizliklə ali təhsil almaqdan məhrum olmamaq üçün müəllimlərə və ya ixtisas seçimində abituriyentlərə kömək edən şəxslərə üz tuturdular.

Bu, müəyyən qədər başadüşülən idi. Çünki adətən həmin abituriyentlər hansısa ixtisası hədəfləməyən, sadəcə topladığı balı qiymətləndirərək ali təhsil almaq şansından istifadə etmək istəyənlər idi. Eyni zamanda internet və kompüter problemi yaşayanlar da buna məcbur olurdular.

Bu gün isə 500-600-dən yuxarı bal toplayan şagirdlərin də ixtisas seçimini mütəxəssislə etdiyini görürük. Düzdür, yüksək balı daha yaxşı qiymətləndirmək və ən uyğun universitetdə və ixtisasda təhsil almaq istəyi ilə müəyyən məsləhətləşmələr etmək təbii haldır. Lakin maraqlıdır ki, repetitor yanına hazırlığa getmək kimi, ixtisas seçimini mütəxəssislə etmək də dəb halını alır.

Bəs, görəsən, nə istədiyini bilməmək, yaxud da ixtisas və universitetlərin perspektivi barədə vahid və dolğun bir bazanın olmamasında bunun payı nə qədərdir?

AYNA-nın suallarını cavablandıran təhsil eksperti Qoşqar Məhərrəmov deyib ki, vahid və dolğun məlumat bazasının olmaması ixtisas seçimi ilə bağlı sözügedən məsələni zəruri hala çevirir: “Əvvəllər rayonlarda internet, kompüter, ixtisas haqda məlumatsızlıq, kodlaşdırmanı səhv etmə qayğısı ilə insanlar bu işi bilənlərə müraciət edirdilər. Həmin şəxslər də təhsil şöbəsinin və ya Dövlət İmtahan Mərkəzinin hansısa işçisi olurdu və ofis götürərək bu işi 10-20 manata görürdülər. Mərkəzlərdə isə söhbət 100 manat və daha artıq məbləğdən gedir”.

“Abituriyentlər universitetlər və ixtisaslar haqqında məlumatlı deyillər. Hansı ixtisaslarda hansı fənlər keçiriləcək, həmin ixtisasa yiyələnənlər hansı işləri görür və s. haqda məlumata sahib deyillər. Bu kimi məsələlərə görə ixtisas seçimində kariyera mütəxəssisinə getmək bir zərurət yaradır, eyni zamanda da dəb halını alır”, - deyə həmsöhbətimiz bildirib.

Ekspert hesab edir ki, universitetlər orta məktəblərdə özlərini tanıtmalı, məktəblər müəllimlərindən birini karyera mütəxəssisi kimi yetişdirməlidir ki, bu problem müəyyən qədər azalsın: “Ölkəmizdə artıq elə bir stiuasiya yaşanır ki, necə repetitorluq zərurət olur, eynilə ixtisas seçimində bu işi bilənlərə müraciət etmək zərurət olur. Zərurət yarandığında da təbii ki, ağıllı adamlar bunu biznesə çevirirlər. Çünki biznes ehtiyacdan doğur. Bu işlə məşğul olanları mən qınamıram. Amma bu, şagirdlərin qarşısında bir zərurət yox, seçim olmalıdır”

“Konsultasiya dünyanın hər yerində verilən bir xidmətdir. Ancaq şagirdlər kütləvi şəkildə buna ehtiyac duyursa, deməli, orta məktəblərimizdə ixtisaslarla bağlı məlumat zəifdir. Karyera planlaması ilə bağlı hansısa iş aparılmır. Buna görə məncə, məktəblərdə daha mütəşəkkil iş qurulsa, yaxşı olar”, - deyə Məhərrəmov vurğulayıb.

Əlavə edib ki, ixtisaslarla bağlı “ixtisas.az” adlı bir platforma var: “Həmin platformanın əhatə dairəsini genişləndirsək və ya ona bənzər bir platforma yaratsaq və bütün şagirdlər arasında yaysaq, onlar artıq bir çox ixtisas haqqında məlumat sahibi olacaqlar və bir çox hallarda məsləhətləşməyə ehtiyac qalmayacaq. Onlar özləri nə istədiklərini başa düşəcək, dəqiqləşdirəcəklər. Kodlaşdırmaya qaldıqda isə İKT biliyi olan hər kəs bunu özü edə bilər”.

Son xəbərlər

Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK

UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"su ilə qarşılaşacaq

Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Daşdəmir ƏJDƏROĞLU : BİR ÖMRÜN İŞIĞI - FOTOLAR

Makron Ukraynanı terror törətməyə çağırıb

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

"Mənə aid edilən bəzi fikirlər təhrif olunub" - Hikmət Hacıyev

“Yeraltı”nın aktyorları sevgilidir - “Melek”in atası prokurorluğa şikayət etdi

45 yaşını belə qeyd etdi - Foto

AZƏRBAYCAN ƏHALİSİNİN CƏMİ 4.6 FAİZİ 70 YAŞ HƏDDİNİ KEÇİR

Azərbaycanda sosial şəbəkələrlə bağlı yeni mərhələ: Uşaqlar necə qorunacaq?

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31