Bu gündən peyvənd olunmayan işçilər plazalara buraxılmır
Bu gün paytaxtda fəaliyyət göstərən bir sıra plazalar müştərilərini iş yerlərinə buraxmayıblar.

Bu barədə “Qafqazinfo”ya müraciət edən işçilər bildirib ki, plazalar onlardan COVID pasportunun olmasını tələb ediblər. Plaza əməkdaşları bunu Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli qərarının 7.5-ci bəndinə əsasən müştərilərdən tələb etdiklərini qeyd ediblər. Bildirək ki, sözügedən qərarda 7.5-ci bənd kirayə və lizinq fəaliyyəti ilə bağlıdır.

Maraqlıdır ki, Nazirlər Kabinetinin adıçəkilən qərarında kirayə və lizinq fəaliyyəti bəndi işçilərinin 80 faizinin sentyabrın 1-dək bir doza, oktyabrın 1-dək isə ikinci doza peyvənd edilməsi tələbi ilə bağlıdır.

Ancaq plazada müxtəlif iş və xidmət sahələri fəaliyyət göstərdiyinə görə, Nazirlər Kabinetinin məlum qərarına əsasən həmin iş və xidmət sahələrinin rəhbərləri işçilərinin peyvəndlənməsi məsələsinə özləri nəzarət etməlidir. Bu barədə hər bir iş və xidmət sahəsinin rəhbərliyinə işçilərin peyvəndlənməsiylə bağlı Dövlət Vergi Xidmətindən bildiriş-xəbərdarlıq daxil olub.

Həmin xəbərdarlıqda qeyd edilir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 iyul 2021-ci il tarixli 229 nömrəli Qərarına əsasən 2021-ci ilin 1 sentyabr tarixindən etibarən əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq işçilərinizin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələbi sizə bildirilir.

Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

"Qafqazinfo"nun rəsmi mənbələrdən də əldə etdiyi məlumata görə, kirayə və lizinq fəaliyyəti ilə məşğul olan plazaların rəhbərləri də yalnız öz işçilərinin peyvəndlənməsi məsələsinə cavabdehdirlər. Yəni işçilərin 80 faizinin peyvənd olunması tələbi isə hər bir sahibkarlıq subyektinə fərdi olaraq tətbiq edilir. Bu məsələ plazada fəaliyyət göstərən şirkətlərin rəhbərləri tərəfindən tənzimlənməlidir. İş və xidmət sahələrinin əməkdaşlarından kiminsə peyvənd olunmamasında məsuliyyəti plaza rəhbərliyi yox, şirkət rəhbərliyi daşıyır.

Plazada fəaliyyət göstərən şirkətlərin əməkdaşları müştəri hesab olunur. Nazirlər Kabinetinin 26 iyul tarixli qərarına əsasən isə müştərilərdən COVID pasportu sadəcə ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində tələb edilir.

Son xəbərlər

Yeni “Çimen” o olacaq - Fotolar

“Mən onu başa düşürəm, o da məni”

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

ARZUMU GÜNƏŞİN TELİNƏ SARDIM…

“Gezep”in yeni layihəsi bəlli oldu

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

Kamilə Babayevaya ağır itki

Brent neftinin qiyməti 91 dolları ötdü

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə etdi

BELA ZƏNGİNASARLI : DƏYİŞMİR AĞZIMIN TAMI - FOTO

Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı

Bəllə məni

SEVİNC YUNUSLU : Yenə dua elədim, zərrə peşman olmadım.. - FOTO

"Mehmed Fetihler Sultanı"nda rol alacaq

Azərbaycanda dollara tələb kəskin azaldı

Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI

Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir

Tanınmış aktrisa 36 yaşında vəfat etdi

Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürdü

DİM sədrindən pul verib ixtisas seçdirənlərə çağırış

Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi

Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib

Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb

Bakının Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi müəyyənləşib

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

"Qarabağ"ın Niderlanda səfər planı müəyyənləşib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31