Bu şəxslərin pensiyaları artırıldı - QƏRAR
Müdafiə Nazirliyində xidmət etmiş hərbi qulluqçular və onların ailə üzvlərinin, o cümlədən Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının əmək pensiyaları artırılacaq.

Anews.az xəbər verir ki, Nazirlər Kabinetinin " Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 21 avqust tarixli 115-12 nömrəli qərarına əlavə edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 14 mart tarixli 73-3 nömrəli qərarına və "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 199-20 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında” 2008-ci il 26 yanvar tarixli 16-2 nömrəli, "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi və "Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 115-5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 13 aprel tarixli 148-10 nömrəli qərarlarında dəyişikliklər edilməsi və "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi və "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016- cı il 4 mart tarixli 115-5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 aprel tarixli 148-10 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 154-4 nömrəli Qərarının ləğv edilməsi haqqında " qərarına əsasən, Müdafiə Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları və Müdafiə Nazirliyinin hərbi qulluqçularının hərbi rütbəyə görə maaşları sentyabrın 1-dən artırılır.

Eyni zamanda Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşların xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 104-4 nömrəli qərarında dəyişiklik edilməsi və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 104-4 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 380-14 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 17 aprel tarixli 172-12tm nömrəli, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, xüsusi rütbəsi olan əməkdaşlara ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləğinin, habelə əməkdaşların xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” 2008-ci il 12 avqust tarixli 183-20 nömrəli qərarlarında dəyişiklik edilməsi və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 104-4 nömrəli qərarında dəyişiklik edilməsi və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 104-4 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 380-14 nömrəli qərarının ləğv edilməsi haqqında” 2018-ci il 17 aprel tarixli 172-12tm nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 22 aprel tarixli 185-9 nömrəli Qərarının ləğv edilməsi haqqında” qərarına əsasən, Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşları sentyabrın 1-dən artırılır.

Vəzifə maaşlarının artımı ilə əlaqədar Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynə Müdafiə Nazirliyində xidmət etmiş hərbi qulluqçular və onların ailə üzvlərinin, o cümlədən Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının əmək pensiyalarının qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hesablanmasını və "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il budcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli qanununda bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etməyi tapşırıb.
Hər iki qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

Son xəbərlər

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31