
Xəbərlər
18.08.2021, 00:44
Lavrovdan Qarabağla bağlı yeni təklif
Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Avtomobil Daşıyıcıları Birliyinə Qarabağda iş imkanlarını nəzərdən keçirməyi təklif edib.
Turaztv.az Axar.az-a istinadən xəbər verir ki, Lavrov burada infrastrukturun yenidən qurulduğunu bildirib:
"Orada indi infrastrukturun, avtomobil yollarının bərpası ilə bağlı aktiv iş gedir. Ona görə də bu perspektivli əraziyə yenidən baxmağı xahiş edərdim. O məncə iqtisadi sərfəli olacaq, vacib olan odur ki, bizim yaxın qonşuluğumuzda olan bu hissədə iqtisadi inkişaf Rusiyanın aktiv iştirakı ilə getsin", - deyə o bildirib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay