2023-cü ilin yağışlı, bir az da soyuq oktyabr günü idi. 2-ci Fəxri xiyabanda Vətən uğrunda canını fəda etmiş oğulların məzarlarını ziyarət edirdim. Ziyarətim zamanı bir hal mənim diqqətimi çox çəkdi. Xiyabanın yuxarı tərəfində bir gənc xanım gördüm. Havanın soyuqluğuna baxmayaraq, o, məzar təmizləyirdi. Mən aşağı hissədən ziyarət edə-edə gəlib, xanım olan yerə çatanda ayaq saxladım. Xanıma salam verdim. Düşündüm ki, bu gənc xanım yəqin şəhid həyat yoldaşıdır. Düzü həm şəhid həyat yoldaşı olduğunu, həm də belə gənc yaşında tək qalmasının nə qədər ağır olduğunu düşünüb, çox pis oldum. Onun lap bir addımlığına gəlib, soruşdum:
- Allah rəhmət etsin.Yəqin ki, şəhidin həyat yoldaşısınız?
O, isə yan tərəfə qoyduğu, içində yarımçıq su olan vedrədə dəsmalı yuyub, sıxa-sıxa mənə cavab verdi:
- Xeyir, həyat yoldaşı deyiləm.
Bu zaman şəhidin bacısı olduğunu zənn edib, gənc yaşında qardaş itirən bacı kimi, bacı üçün bunun necə ağır dərd olduğunu bilərək, dedim:
- Can, bacım. Qardaş itirmək çox ağır dərddir!
Bu zaman gənc xanım gülləri də sahmana salıb, başını qaldırdı:
- Yox, bacısı da deyiləm... Mən özümü bütün şəhidlərin bacısı hesab edirəm. Burda yatan oğulların heç biri mənim yaxınım, nə də qohumum deyil. Sadəcə olaraq, mən özümü şəhidlərə borclu hesab edirəm. Buna görə də tez-tez bura gəlir, məzarlarını təmizləyirəm. Nə qədər canımda can var bunu edəcəm.

Bir anlıq susqunluq məni bürüdü. Nə deyəcəyini bilmədim. Bütün işini gücünü kənara qoyub, xiyabana gəlmək, təmizləyicilərin əlindən dəsmalı alıb, təmizlik etmək, sözün həqiqi mənasında insandan böyük ürək, daxili zənginlik tələb edir. Bir daha başa düşdüm ki, millət olaraq, bizi heç kim əzə, məhv edə bilməz. Bu xalq, bu millət tarixən başı çox bəlalar çəksə də yenilməyib! Hər zaman başını dik tutmağı, dərdini ovudmağı ana, bacılarımız bacarıb!
Anım mərasimində hekayəmdən bir parça.
Allah şəhidlərə rəhmət etsin.
ŞƏHİDİM.

Müqəddəs qanınla yoğruldu torpaq,
Vətən sayənizdə güldü şəhidim.
Şuşada açıbdır ağaclar yarpaq,
Vətən sayənizdə güldü şəhidim.

Torpağın ağrısı vardı solunda,
Düşmən gücü gördü sənin qolunda,
İgidlik göstərdin Vətən yolunda,
Vətən sayənizdə güldü şəhidim.

Murovda qartallar dedi sözünü,
Laçında Həkəri sildi gözünü,
Xarıbülbül sevdi Cıdır düzünü,
Vətən sayənizdə güldü şəhidim.

İllərlə Xocalı yanıb, ağladı,
Kəlbəcər dağları qara bağladı,
Qarabağ sinəsinin yağı dağladı,
Vətən sayənizdə güldü şəhidim.

Torpağın gözləri yollarda qaldı,
İgid oğulların yadına saldı,
Gecikən Zəfərin qoynuna aldı,
Vətən sayənizdə güldü şəhidim.

Son xəbərlər

"Azərbaycan WUF13 üçün ən uyğun məkanlardan biridir" - Hikmət Hacıyev

Prezident qəbul keçirdi - Fotolar

Rəsul Rza zirvəsi... - FOTO

Sabah Bakıda 25 dərəcə isti olacaq

Sabah bütün pensiyalar tam ödəniləcək

ABŞ daha bir ölkə ilə müharibəyə hazırlaşır

Onlara 271 min reabilitasiya vasitəsi verildi

Xankəndi, Ağdərə və Xocalıda 21 689 hektar ərazi minalardan təmizlənib

Şuşa-Xankəndi kanat yolu nə vaxt istifadəyə veriləcək? - RƏSMİ AÇIQLAMA

Doktorant olmaq istəyənlər üçün sənəd qəbulu başladı

Viral olan görüntüsünün sirrini açıqladı - Fotolar

“Çukur”dan sonra yolları yenidən kəsişdi

İllərdir gizlətdiyi xəstəliyini açıqladı

Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edəcək

Azərbaycan neftinin qiyməti 118 dolları keçib

Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib

Kuba Prezidenti ABŞ-nin yeni sanksiyalarını cinayət adlandırıb

Pentaqon ABŞ-Kanada müdafiə şurasının fəaliyyətini dayandırır

WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

Ata qızını öz məzarını qazmağa məcbur edib və öldürüb

ABŞ Rusiya neftinin tədarükünü iyunun 17-dək sanksiya siyahısından çıxarıb

Türkiyədə silahlı hücum: həm həyat yoldaşını, həm də küçədəki adamları öldürdü

İlon Mask “OpenAI”yə qarşı məhkəməni uduzdu

Şakira İspaniya hökumətinə qalib gəldi - 70 milyon dollarını qaytaracaq

Onların gözü yüksəklərdədir... - Rekordlarını təzələdilər

Əzizə Ağahüseynqızı : Vətəndi, obadı, eldi yasəmən - FOTO

Azərbaycan pavilyonu “Urban Expo” sərgisində fəaliyyətə başladı

“İqlim və mənzil dayanıqlığı: gender perspektivindən baxış” adlı tədbir keçirildi - FOTOLAR

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031