"Dördüncü və beşinci dalğalar da olacaq" — Rəşid MahmudovHazırda dünyanın bir sıra ölkələri koronavirus pandemiyasının üçüncü dalğasını yaşadıqlarını elan edir. Digər tərəfdən isə virusun yeni qorxulu ştamının sürətlə yayıldığı haqda xəbərlər yayılır. Hazırda COVID-19 virusunun 200-dən artıq mutasiya keçirmiş ştammları aşkarlanıb.

Turaztv.az KONKRET.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov danışıb. Onun sözlərinə görə, zamanla belə dalğavari yoluxmalar koronaviruslara və eləcə də COVID-19 virusuna xasdır:


“Bilirsiniz ki, bu virus mutasiyaya uğrayır. Onlar bir formada qalmır, quruluşunu dəyişib başqa formada özünü biruzə verir. Bir müddət əvvəl İngiltərə kraliçası İkinci Elizabet çıxıb açıqlama verib dedi ki, koronavirus beş dəfə hücum edəcək. Yoluxma dalğalarını onlar özləri idarə edirlər, bu həm siyasətdir, həm də xəstəlikdir. Kraliça düz deyir, bu hələ virusun üçüncü dalğasıdır, bundan sonra dörd və beşinci dalğalar da olacaq. Onun sözlərinə görə bu virus hələ 2023-cü ilə qədər davam edəcək. Özünüz bilirsiniz ki, dünyanı idarə edən onlardır. Bu süni hazırlanmış bir virusdur. COVİD-19 adlı virus dünyada yox idi, koronavirun altı növü var idi, bu isə yeddincidir. Özləri yaradıblar, çinlilər də bu dünyaya salıb, nə hoqqadır anlamıram. Amma virus davam edəcək, modifikasiya edib başqa formada qarşımıza çıxacaq”.

Müsahibimiz COVID-19 əleyhinə vurulan peyvəndlərin virusun yayılmasında təsirsiz ola biləcəyini qeyd edib:

“Ehtimal var ki, vurulan vaksinlər heç bir təsir göstərməsin. Hər dəfə yeni vaksin hazırlamaq isə illər ala bilər, bunu etmək çox çətindir. Koronavirus bir amin turşu qalığından ibarətdir. Hüceyrənin içərisində yaşayır, nüvə ilə qidalanır. Hüceyrənin nüvəsinə girir, amma özünün də 40 geni var. Bütün viruslarla onu qarışdırıblar, hamısını da öldürüb və onun genlərini özünə çəkib. İndi 40 genə qarşı necə mübarizə aparmaq olar? Gərək 40 cür vaksin yaradasan, bu isə çox çətindir”.

R.Mahmudov Azərbaycanda üçüncü dalğanın olacağı ehtimalına da münasibət bildirib:

“Azərbaycanda da üçüncü dalğa gözlənilir. Bu tək ölkəmizdə deyil, bütün dünyada gözlənilir. Nəinki üç, beşinci dalğa da gözlənilir. Bütün dünyanı bununla sıfırlamaq istədikləri ehtimalı da var. Dünya əhalisinin sayının 2 milyarda salınması gözlənilir. Hazırda 6-7 milyard əhali var və bunun azalmasını istəyirlər”.

Son xəbərlər

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31