Budur səndən diləyim,
Kainatı bu dünyanı bəxş edən Allah
Alma əlimizdən mehribanlığı,
İtirməyək milli adət-ənənəni,
Həm də insanlığı.
Onda Tanrı bizə bəxş edər,
Xoşbəxtlik və firavanlığı.
Əziz bayramlardan biridir novruz,
Artıq yola salınıb gedibdir qar qız,
Xoş gəlib səfa gəlib elimizə yurdumuza,
Bahar adlı gözəl bir qız.

Rəhmətlik Ulu öndər Heydər Əliyev hər novruz bayramında xalqın içində olardı, çıxışlarında həmişə deyərdi:- mütləq torpaqlarımızı geri alacağıq və həmin işğal olunan torpaqlarda novruz bayramını qeyd edəcəyik. Tonqallarımızı yandırıb Qarabağı işıqlandıracağıq! – az qalıb bu günə - mütləq gələcək, əminəm ki, belə də olacaq! Ən nəhayət Ali Baş Komandan İlham Əliyevin sayəsində güclü ordu yaradıldı, hərbi xərclərə diqqət birinci yerdə oldu. İqtisadiyyat gücləndi, vahid ideya vahid amal uğrunda mübarizəyə hazır olduq və şanlı qələbə çaldıq. Qarabağımızı, Şuşamızı qaytardıq və dedik:- əziz Şuşa sən azadsan!
Ümumiyyətlə novruz bayramında xarici qonaqlar və turistlər Azərbaycana- Bakıya, Naxçıvana, Gəncəyə və digər bölgələrimizə axın edirlər, bu bayramın tarixi və özəlliyi ilə yaxından maraqlanırlar. Biz isə onları tarixi yerlərə İçəri şəhərə, Qız qalasına, Naxçıvanda Möminə Xatun məqbərəsinə, qədim abidələrə və.s. yerlərə aparıb Azərbaycanın qədimliyini, mədəniyyətini, milli adət ənənələrini əyani şəkildə göstərib tanış edirik. O cümlədən Qobustan qayaüstü rəsmləri qədim zamanlara aid ilin dəyişməsi ritualları təsvirini göstərir. Qaval daşları (nağaranı) musiqini əks etdirməklə demək olar ki, bayram vaxtlarında insanlarda başqa bir milli əhval ruhiyyə yaranırdı. Novruzda müxtəlif maraqlı duzlu-məzəli oyunlar keçirirlər, yallı gedərlər, rəqs edərlər bir sözlə hər işdə hər yerdə bayramlaşmaqla bayram əhval ruhiyyəsi hökm sürərdi.

Azərbaycanda bu nə bayramdı deyənlər,
Xalqımızı lağa qoyub üstümüzə gülənlər!
Bu bayramı başa düşüb bilənlər, bilməyənlər,
Novruzun təşəbbüsü oldu yalnız bu şərtlə - 1967-də.
Nə olsun yaz gəlir, novruz gəlir?
Bu tarixdən novruz yox, bahar adlandı,
O, yaz qızının oduna Şıxəli yandı.
Hanı bəs Şıxəli, o tarixdə, o mərd oğlan?
Görən o razı qaldımı?
Bahar qızının bahar toyundan?
O millətini, adətini sevən idi,
Savadlı, ziyalı bir kişi idi,
Həm də ki, duyğulu, gözəl bir işi idi.
Novruz bayramı Şıxəlini etdi Şeyx Əli,
Həmçinin M,F.Axundov demişdir belə,
İslamı qəbul elə gizlicə, hələlik gətirmə dilə.
Bütün dinlər puç və əfsanədir,
Deyəcəklər yaz gəlibdir,
Şıxəli Qurbanov əzəldən divanədir.
Bu bayram Şıxəlini saldı təşvişə,
Qurbansoy özünü qurban verdi – ağrıyan dişə.
Ruhun şad olsun yeni tarix yazıldı,
30 ildən sonra Qarabağlı novruz gəldi yaz gəldi,
Bundan sonra Qarabağla Şuşa dincəldi.


Qəlbimiz ürəyimiz, gözəldir çərşəmbələrimiz

Yalançı çərşəmbə özü yaza müjdədir,
Çalınıb qələbə! Bayram da, novruz da elə özümüzdədir,
Tezliklə Qarabağda bağımız, bağçamız olar,
“Quruculuq” adlanan boğçamız olar.
Yaz gələndə açılır qəlbimiz, ürəyimiz,
Quruculuq işlərində ruh verəcək bizə
Biri birindən gözəl təravətli çərşəmbələrimiz,
Vardır bizim qələbəmiz sevinir hamı,
Çərşəmbələr gətirir bizə novruz bayramı.
Su çərşəmbəsi aydınlıqdır, təmizlikdir,
Düşmənləri torpaqlardan təmizləyər,
İnsanları aydınlığa, sülhə doğru səsləyər.
Od isə düşmənimin niyyətini yandırar, alovlandırar,
Azərbaycana birlik və istilik gətirər.
Tonqalları qalayıb qələbəyə, bayramlara yetirər.
Bu ilin torpaq çərşəmbəsi,
Sevinirdi şəhid ruhu, şəhid nəfəsi,
Sayələrində birləşdi 30 illik torpaqlar,
Zəfər qələbəsi çaldıq, məhv oldu alçaqlar!
Yel çərşəmbəsi yelləndikcə havada,
Yazın ortasında Andranikin qulağı əskik gəldi orada.
Çıx ey günəş, əs ey külək, mina axtaran yoldaş,
Tez ol, yerdən minaları çıxart qardaş,
Biz şənlənək, deyək, gülək Qarabağa biz də gedək.
Olsun bizim novruz bayramımız mübarək.
Xoş gəlibdir novruzum birlikdə bahar qızı,
Bəzəyək bərəkətli xonçaları, yandıraq tonqalları,
Yeddi rəngli yumurtanı,
Hazırlayaq bu il səməni adlanan o dadlı halvanı,
Axır çərşəmbədir durun yandırın şamı,
Novruz bayramının bu axşamı ziyarət edək,
Şəhidləri, o ruhları,
Ruhlar evə gələr,
Şəhidlər elə gələr.
Zəfər qələbəsin duyanda,
Ruhlar, rahat dincələr.
Qisasınız alındı qələbəniz çalındı!
İgidlər, bayramdır bəzəyin minin atları,
Rədd edin birdəfəlik ikiüzlü yaltaqları.
Qoy qırılsın düşmənin açılan qanadları,
Maraqlı oynumuzun adı cövkəndir əzəli,
Yaddan çıxarmayın duzlu məzəli,
Adı da olsun ənzəli.
Hərdən deyin gəlsin Ə.Vahid qəzəli,
Bayramda sazla zurna ilə rəqs etsin bir Azəri gözəli,
Gətirək meydana bahar qızı, yaz qızı,
Tez olun yola salın o əriyən qar qızı.
Təcili xəbər çatdırın Bossa,
Desin görək harda qalıb keçəl və kosa?
Torbasının üzərində təsvir olunub,
Milli bir buta,
Gətirin kosaya, keçələ qoğal, şəkərbura,paxlava,
Birdə ki, yeddi rəngdə yumurta.
Keçəl durub neylədi, kosaya belə söylədi.
Bu yeni tarixdə, gələn il də gedərik,
Yeni qapıları biz də döyərik,
Qapıları pusarıq papaqları atarıq,
Qədim adət ənənələrimizə bir şirinlik qatarıq.
Qarabağda, Şuşada Ağdamda, Laçında,
Kəlbəcərdə, Cəbrayılda...
Arzumuza çatarıq,
Arzumuzu ev sahibinə beləcə çatdırarıq,
Papağı dolduranın, oğlu olsun!
Torbanı doldurmayanın qızı olsun.
Oğlan doğulsa adı Novruz olsun,
Qız olarsa adı da Bahar olsun.
Azərbaycan da qoy həmişə var olsun,
Bundan sonra həyatımız daim firavan olsun,
Ulu Tanrı həmişə bizə yar olsun!


Son xəbərlər

Qəzza zolağında baş verən toqquşmalarda iki İsrail hərbçisi həlak olub

Naxçıvan şəhərində avtomobil 2 tələbəni vurub - FOTO

BELA ZƏNGİBASARLI : YAZ GÜNƏŞİ - FOTO

İkinci görüşləri dəfn mərasimində oldu - Foto

Bu gün 9-cu siniflərin buraxılış imtahanı keçiriləcək

“Die Weltwoche”: Brüssel Avropa Komissiyasının toksik rəhbərinin istefasını istəyir

ABŞ-İran danışıqları dörd saatdan çox davam edib

Roma Papasının dəfnində protokol qaydaları pozulub

İran DİN başçısı: Şahid Rəcai limanında yanğın yenidən alovlanıb

Nizami Kino Mərkəzində “Qəhrəmanlıq Varislikdir” sənədli filminin təqdimatı olub - FOTOLAR

“Öz övladının yanında dedi ki, uşaqlardan imtina edirəm...”

Zaxarova koreyalı hərbçilərin müharibədə iştirakının səbəbini açıqladı

Yaşar Gülər: Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib

Şərurlu İsfəndiyar siyasətçi və yazarlara bahalı restoranında qonaqlıq verdi — FOTOLAR

İstanbulda baş vermiş zəlzələdən sonra yeddi mindən artıq binada ciddi zədə aşkar edilib

Əli Mirəliyev reanimasiyadan çıxarıldı

Ölkəmiz Özbəkistanda keçirilən II Türk Dünyası Mədəniyyət Forumunda təmsil olunur - FOTOLAR

"Bavariya" və "Bayer"dən qələbə

Naxçıvanda Azərbaycan Psixoloqlarının I Forumu keçirilib - FOTOLAR

RUHUNU YAZAN ŞAİR... - FOTO

Azərbaycan Milli Xalça Muzeyində şahmat üzrə “Çempionların savaşı” turniri keçiriləcək

Azərbaycan avarçəkənləri Türkiyədə 1 qızıl və gümüş medal qazanıb - FOTO

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Trampdan ehtimal: Putin Ukraynada müharibəni bitirməkdə maraqlı deyil

Sahibə Qafarova Vatikanda Roma Papasının dəfn mərasimində iştirak edib - FOTOLAR

Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq

BİZİM TƏQVİM: Aprelin 26-da baş vermiş tarixi hadisələr

Gədəbəydə 45 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930