Üçrəngli bayrağımız qürur mənbəyimizdir
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni zamanda keçib gəldiyimiz yola, tarixə qısa bir nəzər salmaq imkanıdır. Bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədrini – qiymətini bilməyimiz baxımından tapındığımız, kölgəsinə sığındığımız müqəddəs bir varlıqdır.

Müstəqil Azərbaycanın ilk müstəqil bayrağı bildiyiniz kimi 1918-ci ildə Gəncə şəhərində qəbul olunub. O zaman Şərqdə ilk demokratik respublika olan müstəqil Azərbaycanın Nazirlər Şurası Bakı şəhəri daşnak – bolşevik qüvvələri tərəfindən işğal olunduğuna görə Gəncə şəhərində yerləşirdi. İlk bayraq kimi 24 iyun 1918-ci ildə qırmızı rəngli ay və səkkizguşəli ulduzdan ibarət bayraq qəbul olunmuşdu və qeyd edilmişdi ki, bu bayraq müvəqqətidir. Daha sonra 9 noyabr 1918-ci ildə müqəddəs üçrəngli bayrağımız qəbul olundu və dalğalanmağa başladı. Təbii ki, bu məqamda üçrəngli bayrağımızın ideologiyasının yaradıcısı Əli bəy Hüseynzadəni xatırlamaq lazımdır. Əli bəy Hüseynzadənin türkçülük, müasirlik, islamlaşmaq ideyaları üçrəngli bayrağımızda öz əksini tapıb. Bu bayraq həm də, Azərbaycan dövlətinin öz inanclarına, öz dəyərlərinə sadiqliyindən xəbər verirdi. Amma təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, bu bayrağımız zirvələrdə dalğalanmadı.

Amma görünür, Tanrının lütfü bizdən ötrü imiş ki, üzərindən uzun illər keçəndən sonra Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu, yenidən üçrəngli bayrağımız dalğalanmağa başladı. Biz yenidən bayrağımızla fəxr etmək, onunla qürur duymaq imkanı əldə etdik.

Belə ki, 17 noyabr 1990-cı ildə Ümummilli Lider Heydər Əliyevin təklifi ilə üçrəngli bayrağımız Naxçıvan Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu. Həmin qərardan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin binasının önündə Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəs üçrəngli bayrağı dalğalandı. Eyni zamanda, Azərbaycan Respublikasının Ali Sovetinə təklif olundu ki, üçrəngli bayrağımız Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin. Daha sonra üçrəngli bayraq bütövlükdə Azərbaycanın dövlət bayrağı kimi qəbul olundu.
17 noyabr 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis 9 noyabrı Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Həmin gün kimliyindən, düşüncəsindən, iqtisadi – sosial səviyyəsindən asılı olmayaraq, bütün vətəndaşlar bir anlığına düşünəcəklər ki, mən niyə evdəyəm? Bu istirahət hüququnu mənə nə verib? Bu kimi sualları özünə verdikdən sonra o, öz ailə üzvlərinə, ətrafına, yaxınlarına üçrəngli bayrağımız haqqında məlumat verəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 noyabrın 2007-ci ildə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam imzalayıb. Onu da qeyd edim ki, Dövlət Bayrağı Meydanı hər dövlətdə yoxdur. Dövlət Bayrağı Meydanının yaradılmasının özü bayrağa xüsusi bir münasibətin ifadəsidir. Yəni, meydanda insanlar gəzir, öz asudə vaxtlarını keçirir, qonaqlar gələndə həmin meydanı ziyarət edirlər və bu da insanların yaddaşına bayrağın əbədi həkk olunmasına, insanlara milli dövlətçilik şüurunun aşılanmasına xüsusi stimul verir. Təməli 2007-ci ilin dekabrında qoyulan Meydan üçün seçilmiş yerdə dalğalanan üçrəngli əzəmətli Dövlət Bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsi də ayrıca bir xüsusi önəm daşımaqdadır. Yəni, ölkə paytaxtında olan, yaşayan, qonaq gələn hər kəsdə bu Meydan haqqında dolğun təəssüratlar yaranacaq. Bayraq Meydanının yaradılması haqqında verilən qərar Azərbaycan dövlətçilik tarixində verilən ən önəmli qərarlardan biridir. Siz düşünün, ümumi ərazisi 60 hektar olan meydanda dalğalanan bayrağın Ginnes dünya rekordları təşkilatı tərəfindən 2010-cu il mayın 29-da dünyanın ən hündür bayraq dirəyi olduğunu təsdiq etməsi də bizim üçün ayrıca bir şərəfdir. Biz bu Dövlət Bayrağı Meydanı vasitəsi ilə dünyaya “Biz varıq!” mesajını verdik. Artıq imzamızın millətlərin imzaları içində olmasını sübut etdik. Bunun bariz bir sübutu idi ki, Prezident İlham Əliyev dəfələrlə ölkənin birinci xanımı, dövlət rəsmiləri birgə dəfələrlə açılışdan öncə həmin meydana baş çəkir və görülən işlərlə şəxsən maraqlanırdı. Nəhayət, 2010-cu il sentyabrın 1-də isə ölkə başçımızın iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirildi.

Təbii ki, bu müstəqillik asanlıqla əldə olunmayıb. Bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Dünya ictimaiyyəti də xalqımızın öz bayrağına, öz atributlarına bu qədər sayğılı olduğunu görür. Ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq. Bu baxımdan, mən düşünrəm ki, Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir. Bu münasibətlə mən bütün xalqımızı təbrik edirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli müstəqilliyimizin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bizim də borcumuzdur ki, bu bayrağın əbədi dalğalanması üçün əlimizdən gələni edək, Vətənin müstəqilliyinin əbədi olması üçün çalışaq.

Bugün qürurla deyə bilirik ki, dövlətimizin bayrağı dünyanın mötəbər təşkilatlarının qarşısında dalğalanır. Son illər Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun əhəmiyyətli dərəcədə artdığını nəzərə alsaq, bayrağımızın bütün səviyyələrdə yüksəldiyini əminliklə deyə bilərik. Təkcə dövlət tədbirlərinə deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir.
Azərbaycan güclü dövlətdir və dünyada özünməxsus yer tutur. Biz müstəqil Azərbaycanla fəxr edirik. Buna görə də, Ümummilli Lider Heydər Əliyevin ideyalarına, Onun müəyyənləşdirdiyi siyasətə borcluyuq. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bir sözlə, Dövlət Bayrağı Gününün təsis olunması bizim öz müstəqilliyimizə, dövlətçiliyimizə olan ehtiramdan irəli gəlir. Bununla xalqımız dövlətimizin qüdrətini dünyaya nümayiş etdirməkdədir.

Eyni zamanda, təhsil müəssisələrində vətənpərvərlik yüksək səviyyədə təbliğ olunur. O cümlədən, kütləvi informasiya vasitələrində təbliğ olunur, maarifləndirmə işləri aparılır. Hər hansı tədbirlə əlaqədar böyük zallara girəndə görürük ki, bütün gənclər dövlət himnini oxuyur. Amma mənim nəslimin yarısı isə himni əzbərdən bilmir. Sevindirici haldır ki, gənclərimizin hamısı bunu bilir, onlar dövlət bayrağına yüksək ehtiram bəsləyirlər. Bu da vətənpərvərliyin bariz nümunəsidir. Bayrağımız, himnimiz, gerbimiz məktiəblərdə, digər təşkilatlarda təbliğ olunur. Söhbət təkcə bayrağı tanımaqdan getmir. Söhbət vətəni, bayrağı insanlara sevdirməkdən gedir. Bu mənada gənclərimizin tərbiyəsini yüksək qiymətləndirirəm.

Üçrəngli bayrağımız qürur mənbəyimizdir
D.ƏJDƏROĞLU

Son xəbərlər

Bakıda Atatürk və Antena parkları birləşdirilir

Azərbaycanda "Son zəng"in keçirilməsi üçün tələblər müəyyənləşib

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak üçün ödəniş məbləği təsdiq edilib

Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir

İraq Hörmüz boğazının bağlanmasına baxmayaraq neft ixracını davam etdirir

XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır

İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Uşaqlıqda olanları niyə böyüyəndə xatırlamırıq?

Faizlə borc vermək qanunidirmi? - Ali Məhkəmədən açıqlama

Dostunun yasında vəfat etdi

SEVİNC YUNUSLU : O şəhərə.. - FOTİ

“Yıldız”la “Ender” yenidən bir arada - FOTOLAR

Prezident Samir Şərifova yeni vəzifə verdi

Bukmeykerlər Azərbaycanı "Avroviziya-2026"da favorit hesab etmir

Milli Məclisin növbəti iclasının gündəliyinə 11 məsələ daxil edilib

Ali Məhkəmə: Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər

“Roskomnadzor” rəhbərliyinə qarşı terror aktının qarşısı alınıb, 1 nəfər zərərsizləşdirilib, 7 nəfər tutulub

Ombudsmanın nümayəndələri repatriantlarla görüş keçirib

Ağcabədidə ev yanıb, bir nəfər ölüb

Hövsan qəsəbəsinin bir hissəsində işıq olmayacaq

Nazir özünə yeni müşavir təyin etdi - Foto

Finlandiyalı bloqer estetik əməliyyatdan sonra görmə qabiliyyətini itirdi

Azərbaycan BMT-nin mühüm konvensiyasına qoşuldu - Foto

Şərafəddin Ilkin : DÜŞÜNÜRSƏNMİ... - FOTO

Solmaz Şirin : CAVANLIQ - FOTO

XƏLİL MİRZƏ : Bu səfar dərdinəm - FOTO

Türkiyə Kubokunda bütün yarımfinalçılar məlum olub

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930