Cülyetta da nəlbəki – Aramda da təmbəki...

Tumas müəllim çox fikirləşdikdən sonra bu qərara gəlir ki, şagirdimin həyatda peşə arzusu ürəyində qalmasın. Digər tərəfdən baxanda heyvan falında bəxti gətirməmişdir. Tumas müəllim şagirdi, birdə Akopyan Yerevan Hidrometrologiya stansiyasına gəlirlər. Orada müsbət istiqamətdə bir şey görmədikləri üçün birbaşa Paşinyan özü yenilik etmək istəyir və məlimat verməyə başlamaq istədikdə Tumas müəllim deyir: - Paşik saxla son günlər məndə yuxularımı yaman pis qatıram. Dünən də yuxuda gördüm ki, sən də, mən də dərin bir quyuya düşmüşük ha çapalayırıq çıxa bilmirik . Sonra sən əyildin daldan belinə qalxdım çığırdım-çağırdım elə bu an küçədən səsimə diş doktoru Haykanuş cavab verdi, sumkası əlində gəldi köməyə. Elə əl uzatmışıdı ki, məni çəksin çıxsın, amma onu mən çəkdim o da düşdü quyuya çıxa bilmədik, yamanca əsəbləşdi. Dedim doktor dişim dünən yaman ağrıyıb dedi ağzını aç a a elə baxım. O dəqiqə əsəbi halda dişimi çəkdi, sonra da sənin ağzına baxdı ağıl dişini axtardı tapmadı. Yekə köklü sağlam iki dişini çəkdi. Mən də tərin içində qəfildən səksənib oyandım. Bir pedaqoq kimi fikirləşdim özüm-özümə dedim: - Paşikin ağıl dişini Haykanuş ona görə tapa bilməyib ki, elə uşaqlıqdan indiyə qədər ağlı gah nala gah da mıxa vururdu. Ona görə də qərara gəldim ki, deyəsən ağıl dişi onda heç olmayıb.

Paşik yuxumu sənə danışdım ehtiyatlı ol çıxışına başla.

Hörmətli əməkdaşlar! ŞOK! ŞOK! ŞOK!


Hörmətli Akopyan, Tumas müəllim, Yanlar, Canlar və Cananlar nəzərinizə çatdırım ki, bu gündən 27 sentyabr tarixindən etibarən xalqımızı hava proqnozu ilə gündəlik yox 44 günlük məlumatlandırılacaq. Bu iş hava məlumatı şöbəsinin müdiri Aram Kazaryana həvalə olunur. Elə bu vaxt zalda əməkdaşlardan biri yerindən qalxıb deyir: - Ara, Paşikcan başlayanda dedin ki, 3 dənə sok gətirmisən qoy bura get biz özümüz hər şeyi təşkil edərik. Ara. Axbercan soku ver içim hava istidir. Biraz döz artıq payızdır, güclü dəyişikliklər olacaq diqqətli olun, “turklar” demişkən bu hava, o hava, ara saxla ee, ara onu bizim deduşkalar belə deyib “bu xava o xavadan deyil”. Bu gün Qarabağın və Ermənistanın (havası çalınacaq) havası deyiləcək. Həmin deyilən hava şəraiti 44 günü əhatə edəcək.

Ara, aramcan yenə də sən “savokla” çəlləkdən o, axmaq çaxırdan içmisən? Səsin də xor-xor edir iyin də buraları bürüyüb. Ara sən bir günlüyü zıqıldaya- mıqıldaya deyirsən, 44 günlüyü necə deyəcəksən? Bu vəziyyətdə mümkün deyil. Ara bəs mən nə edim? Elə hər dəfə məni danlayırsınız. Təmbəki çəkmə, 3 çəllək “samaqon” düzəltmişəm, 1 çəllək də yaxşı “salyonnu” hazırlamışam. İçində sarımsaq, pazı, hətta xiyar da var – içmə, çəkmə iyisi gəlir, siz məni lap bezdirdiniz bəs mən nə edim? Bir tərəfdən də “quş qripi” Yerevanı bürüyüb. Yadıma düşdü, indi mənə dedilər ki, “Erməni TV”-nin maliyyə şöbəsinin direktoru Makronun səlahiyyətli nümayəndəsi Cülyetta Fransadan qayıdıb bura gəlir. Deyəsən mən quş qripi tutmuşam istiliyim də var. Mən getdim yaxşısı budur o axçini Hidrometrologiya stansiyasının əməkdaşları ilə birlikdə Murov dağın təpəsinə göndərək. Aidiyyatı cihazları götürün 3 ədəd də nəlbəki alın 44 günün nəticəsini bilmək üçün bizə lazım olacaq. Nəhayət Murov dağda stansiya qurulur. Stansiya Makronun sponsorluğu sayəsində müasir cihazlarla da təmin olunur. Cülyetta xalqı məlumatlandırır. 27.09.2020-ci il tarixdən başlanan hava məlumatını deyir: - Bakıda, Qarabağda, Yerevanda hava çiskin, tutqun, qarışıq, gurultulu olacaq. Yerevandan Bakıya doğru gurultulu küləklər əsəcək. Hörmətli dinləyicilər və tamaşaçılar sizdən üzr istəyirəm. Aparatura təzə olduğu üçün müəyyən təlimata ehtiyacımız var. 1-ci və 2-ci həftə ilin fəsillərindən hərəsindən biraz hava özünü qeyri adi naməlum şəkildə göstərəcək.

Payız gəldi-gedir, qışa nə qaldı?
Payızın ortası Panosyanın rəngi saraldı.
Müharibədən bir həftə sonra,
Siri-sifəti qap-qara qaraldı.
Spiker, “KKB”, nazirlər...
Vəzifədən getdi, görən kim qaldı?
Nöqtə gəlib – getdi, üstündə nida qaldı.
Erməni ordusunun başının üstün PUA-lar aldı,
Bizdə atalardan bir məsəl də var,
Deyərlər cücəni payızda sayarlar.
Paşik. Ağlayıb göz yaşı tökmə sən Allah,
Ohonyanın başını kəsmə sən Allah.
Göydən başına dronlar düşsün,
Akopyanın sürüşmüş ayağı bir də sürüşsün.
Kimlər getdi kimlər gəldi,
Sarkisyan gəldi Koçaryan getdi,
Bu payız o donuz hücuma keçdi.
Heç vaxt sənin olmayan Murov dağım,
O qondarma dövlətindir Qarabağım,
Kəlbəcərdə, Mincivanda,
Vecnəlidə qızıl yatağım.
Bəsdir Anna, zəhər kimi,
Tökmə sən də qaş-qabağın.
Yetər artıq 30 ildir Sorosla sən,
Sordun azəri torpağının mədənini.
Nigeriyadan Bakıya gələn,
“AC ELVİS” tək doldurdun sən gödənini.
Dəfələrlə demişdik biz, Şuşadan sən gəl, əl çək!
O dənizdən, o Xəzərdən xam xəyaldan, o xülyadan,
Əlini çək! Qarabağdan! “Qlobusdan”!
Uzaqlaş sən!
Fransadan Makrondan, Sorosdan,
Yazda, Yayda, Payızda, Qışda – soyuqda,
Səni düşündürən, həvəsləndirən,
Qızıl mədənləri, ərazi və puldur.
Unutma ki, şeytan kimi cihad eyləyən,
Maliyyə və Puldur.
Qızılda, pulda qüvvətə bax,
Vardan-yoxdan var eyləyər,
İmkan olsa cibindəki sikkəyə bax,
Gör sənə o nə gətirər?
Paşinyana qüssə verib, qəm gətirər!
Anna Akopyanı Sorosa Makrona,
Lap tez yetirər.
Ay bədbəxt Paşinyan!
O, mədən - qızıl, pul,
Heçdən yoxdan var eləyər,
Birdə görərsən ki, sevgilini,
Sorosa, Makrona yar eləyər!
Paşik, səni pərişan eyləyən yenə də puldur,
Sənin müstəqilliyin yoxdur – dövlətin bil ki,
Həmişə quldur!!!..
Covid 19-a – pondemiyaya hörmət qoymadın,
Qanunları saymadın, gündüz alınmadı,
Məryamı, Şüşaanannı,
Dişi mırığ Annanı.
Gecə ilə yola saldın,
Dedin: - qızım, arvadım,
Hamlet demişdir belə,
Erməni qızı Qorbaçovun baldızı!
Moskvanı hamıdan tez ələ gətirər,
Sonra Paşinyanı,
Moskvaya yetirər!
Paşinyan dedi: - qızım, arvadım,
21-i yanvar, XXI əsr,
Tarixlər düşərlidir,
Moskvada,
Kəlbəcər və Vecnəli mədəninin puluna,
Alın mərkəzdə qızıldan bir neçə qəsr...


ARDI VAR...

Hamlet Tofiqoğlu

Son xəbərlər

Simran HƏSƏNOV - 70 - FOTOLAR

İradə varsa, insan özü də vardır, yaxud əcəl tüstüsündən yaxa qurtarmaq mümkündürmü?

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31