Hikmət Hacıyev: “Ermənistan hərbi avantüraları ilə münaqişənin coğrafiyasının genişləndirilməsini istəyir”


Ermənistanın öz ərazisindən Azərbaycan ordusunun bölmələrini Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan, Qubadlı və Laçın rayonları istiqamətində atəşə tutması, Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumların edilməsi növbəti hərbi təcavüz aktıdır.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Bu hallar Ermənistan ərazisindən Azərbaycanın Gəncə, Mingəçevir, Kürdəmir, Siyəzən, Qəbələ, Xızı və digər şəhərlərinə, mülki insanlara və mülki obyektlərə ballistik və reaktiv raketlərlə olan təcavüzkar hücumların davamıdır. Bu il 12 iyulda Ermənistanın dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycana qarşı hücumları da təcavüz aktı kimi qiymətləndirilib.

Bu kimi təcavüzkar aktlar, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və Azərbaycana qarşı gücdən istifadə etməsi Ermənistanın açıq-aşkar Azərbaycana qarşı müharibə apardığını bir daha nümayiş etdirir.

Hərbi təcavüz aktı olmaqla bərabər Ermənistanın bu kimi hərbi avantüraları siyasi təxribat və münaqişənin coğrafiyasının genişləndirilməsi məqsədini daşıyır”, - deyə H.Hacıyev bildirib.

O, qeyd edib ki, bununla, Ermənistan üzv olduğu siyasi-hərbi təşkilat çərçivəsində digər ölkələrə qarşı güc tətbiq etmək və güc tətbiq edərək hədələməkdən çəkinmək barədə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozur.

“Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi hədəfləri yoxdur.

Azərbaycan Respublikasının BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünü müdafiə məqsədilə hərbi təcavüz və hücum hallarının qarşısını almaq üçün legitim hərbi hədəflərə qarşı atmağa məcbur ola biləcəyi addımların məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür”, - deyə H.Hacıyev bildirib.

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Ayın 18-də doğulanlar: özünəinam, ambisiya və rifaha aparan yol

ABŞ və İran arasında yekun atəşkəs sazişi ilə bağlı işlər artıq 80 faiz başa çatıb

Dağıstan üçün 5 milyon ianə etdi

38 yaşlı sürücü sükan arxasında öldü

Məlahət Behbudqızı ✍️ : Həyat eşqi - FOTO

“Fənərbağça” xallar itirdi

Xəlil Mirzə : Məni bədbinlikdə suçlandırmayın - FOTO

Natella Nur ✍️ : Xoş gəlmisən bu dünyaya ay Sevinc! - FOTOLAR

“Hələ bununla bağlı qərar verməmişəm” - Tramp

Prezident ailəsi ilə Antalyada tədbirdə - Fotolar+Yenilənib

Maksimum bal toplayanlar - Oğlanlardır-Fotolar

Ukrayna-Suriya-Türkiyə üçtərəfli format inkişaf etdirilir

Livan prezidenti: İsraillə danışıqlar hüquqlardan imtina demək deyil

Xalq artistini həbslə hədələyən Vüqar Əhməd yazılanların ona aid olmadığını iddia etdi

“Neftçi”dən üzr istəyirəm” - Rəşad Sadıqov

Birinci xanımlar Antalya Forumunda - Foto

Sabah muzeylərə giriş pulsuz olacaq

BİR QƏLƏMİM, BİR VARAĞİM,BİR DƏ MƏN... - FOTO

Hörmüz boğazının açılmasından sonra "Brent" markalı neft ucuzlaşıb

Martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir, Prezident tədbirdə iştirak edir

XİN rəhbəri: Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır

Sabahdan Külək güclənəcək - XƏBƏRDARLIQ

Sumqayıtda toyda ölüm

Faciəvi hadisədən sonra bu serialların ssenariləri dəyişir

Simonyan və Sahibə Qafarova münasibətlərin normallaşmasından məmnunluqlarını bildirib

DƏRDLİ İNSANIN SƏSSİZ DÜNYASI - FOTOLAR

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930