Kəlbəcər qızılını istismar edən Rusiya şirkəti qorxu içində: - Bölgəyə silah və muzdlu əsgər yığır

“Azərbaycan 112 tondan çox qızıl ehtiyatına sahib olan Dağlıq Qarabağda nəzarəti əlinə aldıqdan sonra bölgədəki qızılın 99 faizinə nəzarət edən Rusiyanın "GeoProMining Gold" şirkəti təşviş içindədir. Milyardlarla dollarlıq qızıl ehtiyatından imtina etmək istəməyən şirkət bölgəyə çox sayıda silah və muzdlu əsgər yığmağa başlayıb. 27 sentyabr Ermənistan ordusunun hücumlarından sonra hərəkətə keçən Azərbaycan ordusu 24 gün ərzində işğal altında olan 78 yaşayış məntəqəsini azad edərək bölgənin taleyini təyin edən ən kritik şəhər olan Şuşa şəhərini də mühasirəyə alıb. Yaxın 10-15 gün ərzində Azərbaycan ordusunun böyük bir qələbə xəbərini elan edəcəyi gözlənilir. Mütəxəssislər Kəlbəcər, Laçın və Zəngilanın azad edilməsindən sonra Azərbaycanın Laçın dəhlizini tam nəzarətə götürəcəyi və Şuşanın da azad edilməsindən sonra danışıqların başlayacağını bildirir”.

Cebhe.info xəbər verir ki, bunu Türkiyənin “Yeni şafak” qəzeti yazıb.

Qəzetin yazdığına görə, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ müxtəlif yeraltı sərvətlər - qızıl və mis mədənləri ilə zəngin bölgə kimi tanınır:

“Dağlıq Qarabağda qızıl, mis, sink və dəmir kimi qiymətli metalların 150-dən çox yatağının olduğu, bu yerlərin qanunsuz olaraq fəaliyyət göstərdiyi və məhsulların bir çox ölkəyə ixrac edildiyi məlumdur. Dağlıq Qarabağ bölgəsindəki qızıl ehtiyatlarının 112 tondan çox olduğu bildirilir. Rusiya şirkətləri Dağlıq Qarabağdakı 112 ton qızılın 99 faizini istehsal edir və dünyaya satır. Bu şirkətlərdən ən böyüyü Rusiyanın "GeoProMining Gold" şirkətidir. Azərbaycanla Ermənistan arasındakı qarşıdurmanın kəskinləşməsindən sonra şirkət təhlükəsizlik baxımından mədənlərdə istehsalı dayandırıb və işçilərini müddətsiz məzuniyyətə çıxarıb. Ancaq bölgədən əldə edilən son məlumatlara görə, Rusiya şirkəti mineral yataqları ilə zəngin olan bu bölgədən, milyardlarla dollarlıq qızıldan asanlıqla əl çəkməyəcək”.

Qəzetin yazdığına görə, uzun illərdir işğal altında olan Kəlbəcər şəhərindəki qızıl yataqlarını istismar edən şirkət çoxlu silah və muzdlu əsgər toplayaraq bölgənin tam azad olmasının qarşısını almağa çalışır. 27 ildir Azərbaycanın sahib olduğu torpaqlardan qızıl çıxararaq milyardlarla dollar qazanan şirkətin Kəlbəcər bölgəsindəki qızıl mədənlərini itirdikdən sonra böyük itki yaşayacağı gözlənilir. Həmçinin Ermənistan hökumətinin bir təmsilçisinində şirkətin idarə olunmasında iştirak etdiyi iddia edilir. Şirkətin bölgədəki qızıl mədənlərini itirdikdən sonra iflas bayrağını qaldıracağı da gözlənilir.

Digər tərəfdən, Kəlbəcər tamamilə azad edildikdən sonra Azərbaycan hökuməti qızıl mədənlərinin istismar olunması ilə bağlı tədbirlər görəcək. İşğal olunmuş Azərbaycan ərazilərində qızıl mədənlərinin istismarı və ixracı ilə bağlı hesabatların hazırlanması, beynəlxalq məhkəmələrdə müvafiq şirkətlərə qarşı yüzlərlə cinayət işi açılması gözlənilir. Azərbaycanın bu işlərdən külli miqdarda təzminat qazana biləcəyi də vurğulanır.

Son xəbərlər

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

"Sabah"ın oyunlarının təqvimi açıqlandı

Polis axtarışda olan 135 nəfəri saxladı

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər tutuldu

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

MUSTAFA KAMAL ATATÜRKÜN HƏDİYYƏSİ

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

BU GÜN 29 AVQUST, ŞƏHİD MAYOR RÜFƏT MÜRVƏT OĞLU ƏSGƏROVUN DOĞUM GÜNÜDÜR !

Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb

Həsənxan Əsədov : QALIB

Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir

Kerem Bürsin əməliyyat olundu - Fotolar

UNİVERSİTETƏ GEDƏN YOL

Daşdəmir ƏJDƏROĞLU : SULUTUN AĞRISI, RAFİQ KƏRİMOVUN SƏSİ - FOTOLAR

15 ildən sonra yenidən “Ron Uizli”ni canlandıracaq

YADA DÜŞƏN İŞIQLI XATİRƏLƏR

Hacıməmməd Məmmədov : ZÜMRÜD VƏLİYEVA — ÖMRÜNÜN ŞEİRƏ ÇEVRİLƏN SƏTİRLƏRİ

KƏNDDƏN BAŞLAYAN YOLUN İŞIĞI - FOTOLAR

Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

Avropa Liqasında da püşk atıldı - Fotolar

Rəngli Nepaldan geri qalanlar - Fotolar

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31