Paşinyanın suya düşən xəyalları - ŞƏRH
Rusiya Prezidenti Vladimir Putinin “Rossiya 1” telekanalının əməkdaşı Pavel Zarubinə verdiyi müsahibə bəzi qaranlıq mətləblərə aydınlıq gətirdi.

“Bildiyiniz kimi, Ermənistan KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – S.M.) üzvüdür, bu razılaşmaya əsasən, Ermənistan qarşısında müəyyən öhdəliklərimiz var. Lakin hərbi əməliyyatlar, böyük təəssüflərimizə görə bu günə qədər davam edir və Ermənistan ərazisində aparılmır”, - deyə V.Putin bildirib.

Cümlənin ilk hissəsi aydındır. Ermənistan 1992-ci ilin mayın 15-də hökumətlərarası hərbi ittifaq kimi yaradılan KTMT-nin Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan kimi üzvlərindən biridir. Kollektiv təhlükəsizlik müqaviləsinə əsasən, bu ölkələrdən birinin ərazisində hərbi təcavüz olarsa, üzv ölkələrin müdaxilə etmək hüququ aktivləşir.

Açıqlamanın ikinci hissəsi – “hərbi əməliyyatlar Ermənistan ərazisində aparılmır” – ermənilərin Rusiyadan umduğu hərbi dəstək arzusunu gözündə qoyur. Ermənilərin Gəncə və Mingəçevirə işğal olunmuş Qarabağ yox, Ermənistanın Gorus, Sisyan, Berd, Cermuk və Vardenis şəhərlərindən raket atması Azərbaycanı Ermənistan ərazisində hərbi əməliyyat aparmağa təhrik edir. Lakin Azərbaycan tərəfi bu baxımdan özünü təmkinli aparır və əks-hücum əməliyyatlarını yalnız işğal olunmuş ərazilərimizdə aparmağa üstünlük verir.

Bu isə üçüncü tərəfə və ya tərəflərə imkan vermir ki, Ermənistanın torpaqlarını müdafiə etmək üçün Azərbaycanla hərbi münaqişəyə daxil olsun. Məhz Putinin bu açıqlaması tərəflərə ötürülmüş çox aydın mesajdır.

“Rusiya tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsinə gəldikdə, biz həmişə öz öhdəliklərimizi yerinə yetirmişik, yerinə yetiririk və yerinə yetirməyə də davam edəcəyik.

Bildiyiniz kimi, Ermənistanın baş naziri ilə daim canlı işgüzar əlaqədəyəm və Ermənistan rəhbərliyində Rusiyanın müttəfiq öhdəliklərini yerinə yetirməsi ilə bağlı hər hansı bir sual yoxdur”.

Bunu da Vladimir Putin bildirib. Məhz bu açıqlama sosial şəbəkələrdə və vidoegörüntülərdə ermənilərin dilə gətirdiyi, Nikol Paşinyanın isə istəyib, dilə gətirə bilmədiyi Rusiyadan öz müttəfiqlik borcunu yerinə yetirməməsi ilə bağlı səslənən fikirlərə cavabdır. Rusiya prezidenti aşkar şəkildə bəyan edir ki, müttəfiqliyin yerinə yetirilməsi üçün heç bir əsas yoxdur.

Azərbaycan tərəfi heç bir beynəlxalq hüquq normalarını pozan addım atmadığı, başqa bir dövlətin ərazisinə hücum etmədiyi üçün və öz qanuni torpaqlarını işğaldan azad etməyə çalışdığı üçün ermənilərin Rusiyadan müqavilə öhdəliklərini yerinə yetirməsini istəməsi xam xəyaldan başqa bir şey deyil.

Yeri gəlmişkən, son açıqlama onu da göstərir ki, Paşinyan rəsmi şəkildə Rusiyadan kömək istəməsini dilə gətirməsə də, dəfələrlə, bəlkə də, hər gün Putinlə telefon əlaqəsindədir.

Böyük ehtimalla, telefon əlaqəsində çətin vəziyyətdə olduğunu, hərbi əməliyyatlarda müvəffəqiyyətsizliyə məruz qaldığını dəfələrlə dilə gətirir. Rusiya rəhbərliyi isə ona hər dəfə izah edir ki, mən Azərbaycanın öz ərazisində apardığı əməliyyata qarışa bilmərəm.

Son xəbərlər

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

MƏNƏVİYYATININ ƏSAS ROLU

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Həsənxan Əsədov : DOSTUM - FOTO

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31