Azərbaycanın əksər maliyyə qurumları Milli Depozit Mərkəzinin xidmətindən istifadə etmir - MONİTORİNQ İran və Pakistan Milli Banklarının Bakı filialları istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən qalan 28 bank, eləcə də “PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi – “PAŞA Yatırım Bankası” Milli Depozit Mərkəzinin (MDM) xidmət göstərdiyi emitentlər sırasındadır, yəni ölkənin qiymətli kağızlar bazarının iştirakçısıdır.

Turaztv.az “Report”a istinadən xəbər verir ki, bu barədə MDM-ə istinadən xəbər verir.

Bununla yanaşı, qurumun emitentlərinin siyahısında ölkədəki 42 bank olmayan kredit təşkilatından (BOKT) 11-nin də adı var. Söhbət “Azərbaycan Mikro-Kredit”, “City Finance”, “Merkuri”, “Asel Kredit”, “TBC Kredit” və “Viza Kredit” MMC-lər, “Finex Kredit”, “Finoko”, “Para” və “TCF” ASC-lər və “Aqrarkredit” QSC-dən gedir.

49 kredit ittifaqından isə siyahıda adı olan yoxdur.

Lizinq şirkətlərini kapital bazarında “Ekolizinq” MMC, “Aqrolizinq”, “Atalizinq” “BTB Leasing”, “Finans Lizinq”, “Meqa Lizinq”, “Qafqaz Lizinq”, “Prior Leasing” və “Union Lizinq” ASC-lər, “AGLizinq”, “Beynəlxalq Lizinq” və “MCB Lizinq” QSC-lər təmsil edir. Bu, lizinq bazarı iştirakçılarının təxminən 1/10-i deməkdir.

MDM-in sığorta sektorundan emitentləri isə “Atəşgah Sığorta”, “Xalq Həyat Sığorta” “Qala Sığorta”, “Naxçıvan Sığorta” və “PAŞA Həyat Sığorta”, və ASC-lər istisna olmaqla qalan 17 sığorta şirkəti, eləcə də “AzReTəkrarsığorta” ASC-dir.

İnvestisiya şirkətlərindən isə siyahıda “Azfinance”, “Xalq Kapital”, “PAŞA Kapital” və “PSG Kapital” QSC-lər, eləcə də “Plato Capital and Co.” Və “Unicapital” ASC-lər var. Başqa sözlə, 2 investisiya şirkəti – “BTB Kapital” ASC və “İnvest-AZ” QSC MDM-in xidmət göstərdiyi emitentlər siyahısında deyil. Bununla yanaşı, “Bakı Fond Birjası” QSC də sözügedən siyahıdadır.

Mərkəzi Depozitari həmçinin bir sıra dövlət qurumlarına (Azərbaycan Mərkəzi Bankı, İpoteka və Kredit Zəmanət Fondu, Maliyyə Nazirliyi), Dövlət Neft Şirkətinə (SOCAR), dövlətə məxsus bir sıra səhmdar cəmiyyətlərinə (“Azərbaycan Hava Yolları” və “Azərbaycan Dəmir Yolları” QSC, “Azərenerji”, “Azərişıq” və “Azəristiliktəchizat” ASC-lər və s.), iri holdinqlərə (“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, “AB Standard” QSC və s.) xidmət göstərir.

Son xəbərlər

Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq

Kirayədə yaşayır, xeyli evi, sotlarla torpağı var: Məşhur müğənnilərin gizli əmlakları

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Şagirdlərin elektron yerdəyişməsi başladı

Lisey və gimnaziyalara qəbulun son tarixi açıqlandı

Qiyamət günü əslində nə vaxt olacaq? - 5 böyük əlamət

Təhlükəsizlik qüvvələri evinə basqın etdi, prokuror həbs olundu

Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı

Ov tüfəngindən atəş açıldı - 14 yaşlı yeniyetmə öldü

Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - Fotolar

İsmayıllıda ağır avtoqəza baş verib, ölənlər var

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib

44 il sonra evlənəcəklər - Fotolar

Yeni filmə görə 100 milyon qazanacaq

Britaniyaya qayıdırlar

Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

UEFA Konfrans Liqası: "Qarabağ" bu gün Niderlandda "Tvente" ilə qarşılaşacaq

Bu gün Yevlax, Tərtər, Ağdaş, Göyçay, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq

Anar Nəcəfli vəzifəsindən azad olundu

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31