"Bakı Metropoliteni" alternativ enerji mənbələrindən istifadə edəcək - YENİLƏNİB

"Bakı Metropoliteni" alternativ enerji mənbələrindən istifadə edəcək - YENİLƏNİB
"Bakı Metropoliteni"ndə fövqəladə hallar zamanı elektrik enerjisi ilə təminatın dizel elektrik stansiyaları vasitəsilə aparılması daha məqsədəuyğun hesab edilib.

ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, ümumən, metropolitendə müxtəlif növ cərəyan və gərginlik tələb edən sahələr fəaliyyət göstərir. Araşdırmalar nəticəsində, dizel elektrik stansiyaların metropoliten stansiyalarında və ya onların yaxınlığında qurulmasının effektivsizliyi müəyyən olunub.

Ə. Osmanovun sözlərinə görə, "Bakı Metropoliteni" QSC və "Azərişıq" ASC-nin potensial imkanları nəzərə alınaraq, məsələyə ortaq yanaşma aspektləri, ümumi mövqe müəyyən olunub, görüləcək işlərin əsas istiqamətləri araşdırılıb. Alternativ mənbə funksiyasını daşıyan dizel-elektrik stansiyaların "Azərişıq" ASC-nin rayon yarımstansiyalarında yaradılması optimal variant kimi qəbul edilib. Qəza vəziyyətlərində metropolitenə enerji bu yarımstansiyalardan veriləcək.

Ə. Osmanov əlavə edib ki, "Azərişıq" ASC ilə hərtərəfli müzakirələrdən sonra dizel-elektrik stansiyalarının yerləşmə nöqtələri müəyyən olunub və birgə konsepsiya hazırlanıb. Metropolitenin əsas enerji ehtiyaclarının ödənməsi müxtəlif güclərə malik mənbələrdən ən azı 10 yarımstansiyadan təmin olunacaq. Alınacaq generatorların ümumi gücü də müəyyən olunub. Ümumilikdə, "Azərişıq" ASC-nin yarımstansiyalarında 12 ədəd 2,5 MVt, 4 ədəd 2 MVt və 1 ədəd 1 MVt gücündə dizel generatorlarının qurulması qətiləşib. Bu məqsədlə "Rolls-Royse Power Systems AG-nin MTU" GmbH şirkəti ilə müxtəlif gücə malik 17 generatorun istehsalı barədə imzalanan müqavilənin nəticəsi olraq həmin qurğular artıq təyinatı üzrə müvafiq yarımstansiyalarda quraşdırılıb. Hazırda sazlama işləri aparılır.

"Dizel elektrik stansiyalar fəaliyyətə başlayana qədər baş verə biləcək fövqəladə hallarda elektrik enerjisi ilə bağlı "Bakı Metropoliteni" QSC-də ən zəruri ehtiyacların ödənməsi məqsədilə müvəqqəti tədbir də görüb. Yeraltı qrunt sularının metro tunellərindən xaric edilməsi üçün suxaric qurğuların fəaliyyətini təmin etmək məqsədilə 450 kVA gücə malik mobil dizel elektrik stansiyasının sınaqlarının nəticəsi qənaətbəxş hesab olunub. İki belə dizel-generator stansiyası alınaraq ehtiyatda saxlanılır", - deyə A. Osmanov bildirib.

Metropolitenin rəsmisi əlavə edib ki, hazırda iki stansiyası istismarda olan Bənövşəyi xəttin 3-cü stansiyası ilə yanaşı, tikinti ərazisində gücü 16 MVA olan dizel-generator stansiyası inşa edilir. Bu dizel-generator stansiyası qatarların tunellərdən stansiyaya çıxarılmasını, stansiya, tunel və vaqonların işıqlandırılmasını, ventilyatorların, eskalator, lift və travolatorların, suxaric qurğularının, ümumiyyətlə, yeni xəttin ilk 3 stansiyasının infrastrukturunu tələb olunan enerji ilə təmin edəcək.

"Layihəyə uyğun olaraq, bu xətt üzrə inşa olunacaq 12 stansiyanı qidalandıran 35 kV-luq iki yarımstansiyada qurulacaq dizel-generator stansiyalar xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyaclarını təmin edəcək. Gələcəkdə tikiləcək bütün yeni xətlər də, eyni qayda ilə ehtiyat enerji qida mənbələri ilə təchiz olunacaq", - deyə Ə. Osmanov qeyd edib.

***

10.28

"Bakı Metropoliteni" QSC alternativ enerji mənbələrdən istifadə edəcək. Bunu ONA-ya QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu məqsədlə dizel-elektrik generatorlarından istifadə olunacaq ki, bu da fövqəladə hallar baş verdikdə "Bakı Metropoliteni"ni alternativ enerji ilə təmin edəcək.

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı

Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH

Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib

ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib

İlham Əliyev: "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir

Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

"MÖCÜZƏLİ NAFTALAN"

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930