Turaztv.az » Xəbərlər » Yatmazdan əvvəl bunları yemək yuxunu alt-üst edir
Xəbərlər

Yatmazdan əvvəl bunları yemək yuxunu alt-üst edir

15.07.2026, 01:52 121
Rusiyalı qastroenteroloq Oleq Novikov yatmazdan əvvəl qəbul edilməsi tövsiyə olunmayan ən zərərli qidaların siyahısını açıqlayıb.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, həkimin sözlərinə görə, axşam saatlarında ilk növbədə şirniyyatlar, hisə verilmiş, qızardılmış və ədviyyatlı qidalardan, eləcə də çay, qəhvə və şəkərli içkilərdən uzaq durmaq lazımdır.

O bildirib ki, bu qidalar qanda qlükoza səviyyəsinin kəskin şəkildə artmasına səbəb olaraq yuxu rejimini tamamilə pozur.

Qastroenteroloq gecə vaxtı digər bəzi qidaların da orqanizmə mənfi təsir göstərdiyini vurğulayıb:

“Turş və sitrus meyvələri, qazlı içkilər: Qarında narahatlıq və gəyirməyə səbəb olur.

Qoz-fındıq: Ağır qida olduğu üçün yatmazdan əvvəl həddindən artıq yeyilməməli, yalnız çox az miqdarda qəbul edilməlidir.

Paxlalı bitkilər: Güclü köp və şişkinlik yaradır.

Kartof və qarğıdalı: Günün ikinci yarısında bu qidaların həzm olunması çətinləşir”.

Oxşar xəbərlər