Bu gün Azərbaycan xalqının taleyində silinməz iz qoymuş, müasir müstəqil dövlətimizin banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Dərin ehtiram, sonsuz minnətdarlıq və böyük qürur hissi ilə Ulu Öndərin əziz xatirəsini yad edir, onun müqəddəs ruhu önündə baş əyirik.

Heydər Əliyev adı Azərbaycan tarixində sadəcə siyasi lider anlayışı ilə məhdudlaşmır. O, milli dövlətçilik təfəkkürünü yenidən formalaşdıran, xalqın gələcəyini müəyyən edən və Azərbaycanın müasir inkişaf strategiyasının əsaslarını yaradan fenomenal şəxsiyyətdir. XX əsrin ikinci yarısından etibarən xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında baş verən bütün fundamental dəyişikliklərin mərkəzində məhz Heydər Əliyev iradəsi dayanmışdır.
1969-cu ildə respublika rəhbərliyinə gələn Ulu Öndər qısa müddət ərzində Azərbaycanı keçmiş ittifaqın geridə qalmış bölgəsindən inkişaf edən sənaye, elm və mədəniyyət mərkəzinə çevirməyə nail oldu. Onun uzaqgörən siyasəti nəticəsində milli kadr potensialı formalaşdırıldı, minlərlə azərbaycanlı gəncin nüfuzlu ali məktəblərdə təhsil almasına şərait yaradıldı, milli özünüdərk və milli-mənəvi dəyərlərə bağlılıq daha da gücləndirildi. Azərbaycanın gələcək müstəqilliyinin ideoloji və institusional təməlləri məhz həmin dövrdə atıldı.


1990-cı illərin əvvəllərində dövlətçiliyimizin ağır təhlükələrlə üz-üzə qaldığı mürəkkəb tarixi mərhələdə xalq yenidən öz xilaskarına üz tutdu. 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev parçalanmaq təhlükəsi yaşayan Azərbaycanı vətəndaş qarşıdurmasından, siyasi xaosdan və dövlət müstəqilliyinin itirilməsi riskindən xilas etdi. Onun rəhbərliyi ilə ölkədə sabitlik və hüquqi dövlət quruculuğu təmin olundu, milli ordu formalaşdırıldı, demokratik idarəçilik prinsiplərinin əsası qoyuldu.
1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin hüquqi-siyasi inkişaf istiqamətini müəyyənləşdirən mühüm tarixi sənəd kimi milli dövlətçilik tariximizə daxil oldu. “Əsrin müqaviləsi” isə Azərbaycanın iqtisadi müstəqilliyini təmin edən, ölkəmizin beynəlxalq enerji siyasətində strateji aktora çevrilməsinin əsasını qoyan mühüm dönüş nöqtəsinə çevrildi.
Ümummilli Liderin siyasi kursunun ən böyük zəfəri isə bu gün qalib və qüdrətli Azərbaycan reallığında öz təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə ilə ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunmuşdur. Bu Zəfər həm də Heydər Əliyev ideyalarının təntənəsi, onun uzaqgörən dövlətçilik məktəbinin tarixi qələbəsidir.
Bu gün Fəxri Xiyabanda Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edərkən bir daha anlayırıq ki, Heydər Əliyev irsi Azərbaycanın milli sərvəti, dövlətçilik məktəbi və gələcək inkişaf yolunun dəyişməz ideoloji istiqamətidir. Xalqına sonsuz sevgi ilə xidmət edən bu böyük şəxsiyyətin adı Azərbaycan tarixində daim yaşayacaq, onun idealları gələcək nəsillərə yol göstərəcəkdir.
Mən də Azərbaycan dövlətçiliyinə sədaqəti həyat amalına çevirən milyonlarla vətəndaşdan biri kimi, bu müqəddəs gündə Ulu Öndərin ruhu qarşısında ehtiramla dayanır, onun əziz xatirəsini dərin hörmətlə anıram.
Ruhunuz şad olsun, Ulu Öndər!
Allah sizə rəhmət eləsin!

Nəhayət Şirinova
ADPU Quba filialı
Heydər Əliyev Lektoriyasının müdiri.

Son xəbərlər

Paşinyanın "Dördüncü Respublika"sı: Ermənistanın gələcəyi Bakı və Ankara ilə bağlıdır - ŞƏRH

İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib

İRADƏNİN "OBYEKTİV"İ VƏ DÜNYANIN SUBYEKTİV DƏRDİ

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Avqust ayının pensiya ödənişləri yekunlaşıb

Rusiya Ukraynanın üç vilayətinə hücum edib: 3 nəfər ölüb, 29 nəfər yaralanıb

Məzahir Pənahov Qazaxıstanda parlament seçkilərini izləyəcək

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır

Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq

KL: Pley-off mərhələsinə start verilib

ABŞ maliyyə naziri İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküşlə hədələyib

Sözə sədaqətin, mətbuata xidmətin ünvanı – Rəşad Məcid

Ağır yükləri dron və robotlar daşıyacaq

Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri təxirə salınıb

Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında

Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Bir tərəf isti, digəri daşqınla mübarizə aparır - Fotolar

Bərdədə 54 yaşlı kişini "tok" vurub öldürdü

30 milyonluq qəsr aldı

Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq

Kirayədə yaşayır, xeyli evi, sotlarla torpağı var: Məşhur müğənnilərin gizli əmlakları

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31