Xəbərlər
İLQAR SÜLEYMANLI BİZƏBAN : Fəxri ol nadan edər ki,qalibi dərk eyləməz FOTO
QƏZƏL
Mə`şuq hüsnündə gər aşiq cazibi dərk eyləməz,
Kə`bə həcc eylər,təvafi-vacibi dərk eyləməz.
Olmayan bir yol qonaq könlümdə,lafın etməsin
Kim,bu cənnət macərasın sahibi dərk eyləməz.
Bir pərivəş zülfünün ətriylə məstəm,öylə kim
Məstdir,yazdıqların,heç katibi dərk eyləməz.
Cismimi üzgün görüb,bir qism varmaz fərqimə,
Zərrədə,surətsevərlər qaibi dərk eyləməz .
Puç deyil,bir ali məktəbdir cahan Həq dərkinə,
Zahidə haq verməz əqlim,rahibi dərk eyləməz.
Qəl`ələr fəthində fateh,fəthi şükr ilən anar,
Fəxri ol nadan edər ki,qalibi dərk eyləməz.
Bizəban şe`rində hikmətdən əlamət yox deyil,
Olmasa hər kim Süleyman talibi,dərk eyləməz.