
Xəbərlər
4.04.2026, 17:47
Müəllifi: Natella Nur ✍️ : Cəsur şəhidimiz Ağamirzəyə ithaf edirəm - FOTO
Cəsur igid Ağamirzə,
Adı düşüb dilimizə.
Əməlləri fərəh verdi,
Könülləri fəth eylədi.
Vətən alışıb yananda,
Gözü igid axtaranda,
Ağamirzə dayanmadı,
Yurda biganə qalmadı.
O,vətənə məhəbbəti,
Düşmənə olan nifrəti,
Əsas tutdu, ləngimədi,
Zalımlara əyilmədi.
Vətən çağırır,--söylədi,
O,cəbhəyə məğrur getdi.
Od vururdu düşmənlərə,
"Arsaq" deyən ürəklərə.
O,səngərdə vuruşanda,
Nifrəti coşub daşanda,
Aslan kimi nərə çəkdi,
Düşmənləri məhv eylədi.
Azərbaycan! canım,-dedi,
Sənə qurban özüm,-dedi.
Bağrına basdı bayrağı,
Belə qorudu torpağı.
Döyüşdə şəhid olanda,
Ruhu göylərə uçanda,
Mələklər də alqışladı,
Cənnət onu qucaqladı.
Vətən onu əzizləyir,
Anası da lay- lay,-deyir.
O,şəkildən gülümsəyir,
Sanki bizə salam,-deyir.
03. 04. 2026
Adı düşüb dilimizə.
Əməlləri fərəh verdi,
Könülləri fəth eylədi.
Vətən alışıb yananda,
Gözü igid axtaranda,
Ağamirzə dayanmadı,
Yurda biganə qalmadı.
O,vətənə məhəbbəti,
Düşmənə olan nifrəti,
Əsas tutdu, ləngimədi,
Zalımlara əyilmədi.
Vətən çağırır,--söylədi,
O,cəbhəyə məğrur getdi.
Od vururdu düşmənlərə,
"Arsaq" deyən ürəklərə.
O,səngərdə vuruşanda,
Nifrəti coşub daşanda,
Aslan kimi nərə çəkdi,
Düşmənləri məhv eylədi.
Azərbaycan! canım,-dedi,
Sənə qurban özüm,-dedi.
Bağrına basdı bayrağı,
Belə qorudu torpağı.
Döyüşdə şəhid olanda,
Ruhu göylərə uçanda,
Mələklər də alqışladı,
Cənnət onu qucaqladı.
Vətən onu əzizləyir,
Anası da lay- lay,-deyir.
O,şəkildən gülümsəyir,
Sanki bizə salam,-deyir.
03. 04. 2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











