Küçə "incəsənət"inin uşaqları və ya mədəni mirasa hücum - ŞƏRH


Bu günlərdə ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin fasadı kobud müdaxiləyə məruz qalıb.

Binanın fasadına boya ilə cızma-qara edilib, eybəcər şəkillər çəkilib. Bir sözlə paytaxt Bakının mərkəzində yerləşən ən gözəl binalardan birinə qarşı vandallıq aktı törədilib.

Daxili İşlər Nazirliyi həmin aktı törədən 4 yeniyetmə və gəncin şəxsiyyətini müəyyən edərək onların valideynlərinin də iştirakı ilə profilaktik iş aparmağa başlayıb. Şəxsiyyəti müəyyən edilən şəxslərdən ikisinin 16, birinin 17, birinin isə 20 yaşı var.

Şübhəsiz, baş verən hadisəyə lazımi hüquqi qiymət veriləcək, lakin burada memarlıq və mədəniyyət baxımından yanaşmanın da vacib olduğunu unutmaq olmaz.

XX əsrin yetmişinci illərində ABŞ-də yaranan qraffiti sənəti sonradan dünyanın bir çox ölkəsinə, xüsusilə qərb ölkələrinə yayılıb. Təbii ki, bu, qeyri-leqal bir məşğuliyyətdir, ancaq estetik baxımdan uğurlu nümunələri də olur. Bakıda edilən isə daha çox qraffitinin Wild Style - "vəhşi üslub"una xarakterikdir və adından da göründüyü kimi, söhbət hansısa yaradıcı insanın özünü ifadə etməsindən deyil, adi vəhşilikdən, özbaşınalıqdan gedir.

Əgər biz bu davranışı ən yumşaq formada qraffiti kimi qiymətləndirsək belə, qeyd eləməliyik ki, Azərbaycanda nə müasir dövrdə, nə də ötən əsrlərdə adıçəkilən sənət sahəsi heç bir halda yayğın olmayıb. Bir sözlə, qraffiti və bənzər küçə sənətləri Azərbaycanın sənət ənənələrinə və Bakının tarixi simasına tamamilə yaddır.

Azərbaycan paytaxtı həm müasir görünüşü, həm də tarixi memarlığı ilə dünyanın ən təmiz və baxımlı paytaxt şəhərlərindən biri hesab edilir. Əlbəttə ki, bu təmizlik və nizam şəhərin beynəlxalq imicinin də əsas tərkib hissələrindən biridir.

Ümumiyyətlə, memarlıq kontekstindən baxdıqda isə bu cür yazılar şəhərin ümumi görkəmini korlamaqla yanaşı, həm də mədəniyyət anlayışına hörmətsizlik kimi qiymətləndirilməlidir. Bakı hər birimizin şəhəri və yaşayış yeri olduğu kimi, onun memarlıq irsini qorumaq və bu səliqəni saxlamaq isə hər bir sakinin üzərinə düşən məsuliyyətdir.

Baş verən hadisəni törədən şəxslərin polis tərəfindən müəyyən edildiyini, onların 16-20 yaş kateqoriyasına aid olduqlarını qeyd etdik. Məlumdur ki, bu dövr gənclərin özünü təsdiq etmək, müstəqil davranmaq və sosial mühitdə fərqlənmək istəyinin ən pik dövrüdür. Belə olan halda, aydın məsələdir ki, onlar çox vaxt emosiyalarının təsiri altında hərəkət edir, bunun hüquqi, eləcə də mənəvi nəticələrini dərk etməkdə çətinlik çəkirlər.

Beləcə, bu mərhələdə düzgün yönləndirmə və sosial nəzarətin zəif olması bu kimi zərərli davranışlara, hətta daha faciəvi nəticələrə yol aça bilir. Bu mənada, sözügedən davranışın ciddi tərbiyə boşluğundan qaynaqlandığını da demək mümkündür.

Dövrün internet əlçatanlığı, ağıllı mobil cihazlar, süni intellekt və digər bu əsasda olan texniki bolluq bu günün gənc nəsli üçün özünüinkişaf, texnologiyaya yiyələnmək və yaradıcılıqla məşğul olmaq üçün müxtəlif növ şərait yaradır. Lakin təəssüf ki, adlarını çəkdiyimiz texnoloji imkanlar həmçinin onlarda fikir qarışıqlığı, zərərverici meyillərin də formalaşmasına gətirib çıxara bilir.

Məhz belə məqamda valideyn nəzarəti, övladla mütəmadi dialoq birə beş vacibiyyət daşıyır. Bir sözlə, şəhərin mədəni görünüşünə elə, ya belə zərər vurmaq heç bir halda özünüifadə forması kimi qəbul edilə bilməz.

Valideynlər övladlarının texnoloji yeniliklərdən, onların təsiri ilə formalaşan davranışlarından hansı məqsədlə istifadə etməsinin birbaşa ailədaxili tərbiyə və nəzarətdən asılı olduğunu unutmamalı, bu istiqamətdə daimi nəzarəti gücləndirməlidir. Gənclərin özünüifadə ehtiyacını milli-mənəvi dəyərlərimizə zidd olan, şəhərimizin tarixi simasına xələl gətirən vandal davranışlarla həyata keçirilməsi, əlbəttə, birbaşa valideyn məsuliyyətsizliyini qabardır. Yəni ən sadə dillə ifadə edəsi olsaq, valideyn övladının gecə saatlarında hara və niyə getdiyini, nə etdiyini, nə məqsədlə etdiyini bilməlidir. Bu onun valideyn məsuliyyətidir.

Və nəhayətində, unutmaq olmaz ki, Bakının tarixi memarlıq irsini qorumaq hər bir şəhər sakininin mənəvi borcudur. Bu abidələr şəhərin beynəlxalq imicinin və milli kimliyimizin əsasını təşkil edir. Vandalizm hallarına qarşı həm hüquqi addımların atılması, həm də gənc nəsildə ictimai məsuliyyət hissinin formalaşdırılması Bakının tarixi simasının olduğu kimi gələcəyə ötürülməsi üçün əsas şərtdir.

Nizami Kino Mərkəzi bu nümunələrdən, sadəcə, biridir...

Son xəbərlər

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31