BİZİM TƏQVİM: 3 apreldə baş vermiş tarixi hadisələr


Bu gün Azərbaycanın görkəmli ictimai və siyasi xadimi Ələkbər Rəfibəylinin xatirə günüdür.

1839-cu ildə Gəncədə doğulan Ələkbər Sankt-Peterburqda Kənd Təsərrüfatı üzrə təhsil aldıqdan sonra geri qayıdıb. Ələkbər Rəfibəyli erməni terrorçularına qarşı mübarizə məqsədilə yaradılan “Difai” partiyasının Gəncə təşkilatının rəhbərlərindən biri olub.

O, 1905-ci ildə bölgədə azərbaycanlılara qarşı soyqırımların qarşısını almaq məqsədilə ümumi səfərbərlik keçirib, müdafiə dəstələrinə rəhbərlik edib.

Erməni terroru barədə mətbuatda çoxsaylı məqalələrlə də çıxış edən Ə.Rəfibəyli həm də Gəncədə Nizaminin qəbirüstü məqbərəsinin tikilməsinin ilk təşəbbüsçülərindən biridir. O, 1919-cu ilin 3 aprelində dünyasını dəyişib (1839-1919).

Bəs, aprelin 3-də dünyada daha hansı hadisələr olub?

1. 1906-cı ilin 3 aprelində Lümyer qardaşlarırəngli fotoşəkil icad etdilər.

2. 3 aprel 1930-cu ildə Türkiyədə qadınlara ilk dəfə seçmək və seçilmək hüququ verildi. Türkiyə Böyük Millət Məclisində qəbul edilən Bələdiyyələr Qanunu əsasında ölkə qadınları seçkilərdə seçmək və seçilmək haqqına sahib oldu.

3. Türkiyədə 1937-ci ilin 3 aprelində Karabük Dəmir-Polad Fabrikinin təməli ölkə başçısı Mustafa Kamal Atatürkün göstərişi ilə dövrün baş naziri İsmət İnönü tərəfindən atıldı. Fabrik 1941-ci ildən dəmir-polad məmulatları istehsalına başaldı.

4. 3 aprel 1945-ci ildə sovet qoşunları Macarıstanın paytaxtı Budapeştə daxil oldu, ağır döyüşlər nəticəsində işğalçı faşistlər geri çəkldilər. Qeyd edək ki, bu illərdə Avropanın faşist işğalı olan hər yerində milli azadlıq hərəkatı geniş vüsət almışdı.

5. 3 aprel 1948-ci ildə Amerika Birləşmiş Ştatlarının prezidenti Harri Trumen (Harry Truman) iqtisadi yardımları əhatə edən Marşal Planını imzaladı.

İkinci Dünya Müharibəsindən sonra iqtisadi böhrana girən bəzi ölkələrə dəstək məqsədilə təşkil olunan iqtisadi yardım paketindən, aralarında Türkiyənin də olduğu, 16 dövlət istifadə edib.

6. 2018-ci ilin 3 aprelində Türkiyənin ilk nüvə enerji təməli ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə atıldı.

3 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 3 aprel 1908-ci ildə Azərbaycanın ilk akademik-filosofu Heydər Hüseynov (1908-1950) İrəvanda doğulub. Fəlsəfi və ədəbi fikir tariximizə dair tədqiqatların müəllifidir. Əsərləri iki dəfə Stalin mükafatına layiq görülsə də, əleyhdarları onu millətçilikdə ittiham edərək əleyhinə kampaniya başladıblar. 1950-ci ilin yayında intihar edib.

2. 3 aprel 1922-ci ildə tanınmış tarixçi və arxeoloq, dünyanın ən qədim insan məskənlərindən olan Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısı Məmmədəli Hüseynov (1922-1994) Qazax rayonunun Molla Cəfərli kəndində anadan olub.

4. 3 aprel 2008-ci ildə Əməkdar artist Şəfiqə Qasımova (5.12.1924 - 2008) vəfat edib. Opera səhnəsində (“Arşın mal alan” - Asya, “Sevil” - Gülüş) çıxış edib, Musiqili Komediya Teatrında çalışıb. “Ögey ana”, “Görüş” və s. filmlərdə çəkilib.

5. 2015-ci ilin bu günündə Türk pop müğənnisi və bəstəkarı Kayahan Açar uzunsürən xəstəlikdən sonra vəfat edib (1949-2015). O, “Canımın yarpakları”, “Emrin olur”, “Gönül sayfam”, “Ne oldu can” və digər albomlarındakı bir-birindən gözəl mahnıları ilə yüz minlərlə insanın sevgisini qazanıb.( Bizim.Media)

Son xəbərlər

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

Şöhrət xiyabanında onun da ulduzu oldu

“Eşref Rüya”nın aktyorları eyni layihədə

11 yaşlı uşaq 85 milyon il əvvəl yaşamış sürünənin skeletini aşkarladı - Fotolar

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib - FOTOLAR

Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR

Ermənistanda səslər yenidən hesablandı, fərq dəyişdi

“TikTok"da qeyri-etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

Həyatının 30 ilini buna həsr etdiyini açıqladı

Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...

“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq

Sürücülük hüququ ömürlük verilə bilərmi?

ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin etdi

“Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” - FOTOLAR

"Ben bu cihana sığmazam"ın aktrisası yeni serialda - FOTO

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

DAXİLİ DÜNYANIN YAŞATDIĞI SARSINTILAR - FOTOLAR

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

Azərbaycan və Ekvadorun diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələblərindən azad ediləcək

Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH

DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930