Qadın hərbçilər üçün MAXE müddətinin 3 ildən 6 ayadək azaldılması son oxunuşda qəbul edilib

Milli Məclis qadın hərbçilər üçün müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) müddətinin 3 ildən 6 ayadək azaldılmasını son oxunuşda qəbul edib.

Bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Məlumat verilib ki, təqdim edilən qanun layihəsinin əsas məqsədi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadın hərbi qulluqçuların xidmətə uyğunlaşma prosesinin daha səmərəli təşkili və bu sahədə mövcud praktiki çətinliklərin aradan qaldırılmasıdır.

Bildirilib ki, qüvvədə olan "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 38.1.2-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlaşma müddəti müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən edilib. Həmin müddəa "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 12-ci maddəsinin "b" bəndində də nəzərdə tutulub.

Qeyd olunub ki, praktikada kişi cinsli vətəndaşlar müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmazdan əvvəl müddətli həqiqi hərbi xidmət keçdiklərinə görə hərbi xidmətə uyğunlaşma mərhələsini artıq başa vurmuş olurlar. Qadınlar isə müddətli həqiqi hərbi xidmət keçmədən birbaşa müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiklərinə görə ilkin mərhələdə hərbi xidmət şəraitinə uyğunlaşmada çətinliklərlə üzləşirlər. Qadınlarla dərhal 3 illik ilkin bağlaşmanın bağlanması onların uyğunlaşma dövrünü keçmədən uzunmüddətli öhdəlik götürməsinə səbəb olur ki, bu da sonradan əsasən ailə vəziyyəti və digər obyektiv səbəblərlə hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılmaları ilə nəticələnir və kadr sabitliyinə mənfi təsir göstərir.

Vurğulanıb ki, qeyd olunanlar nəzərə alaraq, qanun layihəsində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılmasını nəzərdə tutan müddəanın əlavə edilməsi təklif olunur. Bu dəyişiklik qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Son xəbərlər

Zelenski Kiyev rəhbərliyini tənqid edib

“Müharibəni uduram, özü də böyük fərqlə!”

Madyar dövlət qurumlarının rəhbərlərinə ultimatum verib

“Zəfər rəqsi” bədii filminin bu ilki beynəlxalq zəfərləri

Dövlət Xidməti beynəlxalq mükafata layiq görüldü

İtaliyada 1 avroya evlər satılır

Sabah su kəsiləcək - Bu ərazilərdə

Uşaqları niyə peyvənd etdirməliyik? - Səhiyyə Nazirliyinin mütəxəssisindən MÜHÜM TÖVSİYƏLƏR

Alimlərdən inqilabi kəşf: İnsan bu qabiliyyətlə doğulur

Azərbaycanda yeni mexanizm yaradılır - Borcu olanların diqqətinə!

Sənubər Səhər : Qəlbimizlə vuruşuruq...

Qaranlıqda televizora baxmaq zərərlidir - XƏBƏRDARLIQ

Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək? - Ötən illə müqayisədə...

Adı 2 qadın həmkarı ilə hallanırdı - Boşanma xəbərləri yayıldı

Kommunal xidmətlərə görə 2 milyondan çox borcu yaranıb

Payıza qoşulub getmə, amandır! - FOTO

Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib

Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb

Çin lideri: Hörmüz boğazı açıq qalmalıdır

Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar

Yasamalın bir hissəsində qaz kəsilib

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Ucarda 15 yaşlı qız ana olub, cinayət işi başlanılıb

Sabah Azərbaycanda yağış yağacaq

Pezeşkian: Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir

Paşinyan: Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri genişləndirmək istəyir

"Azərpoçt"un rəhbəri işdən çıxıb

Demensiya nədir, əlamətləri, səbəbləri və müalicəsi

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930