Murad yaman dilxor idi, dostunun ona bağışladığı təsbehin sapı qırılmışdı...
Bu hadisənin baş verməsi təsbehin modda olduğu illərə təsadüf edirdi. Çoxları kimi Murad da öz kəhrəba təsbehini çevirməkdən, şaqqıldatmaqdan həzz alırdı. Ta ki, təsbehin sapı qırılana qədər. Sən demə, təsbehin sapı kaprondan olmalı imiş- möhkəm, yeyilməyə qarşı davamlı... İşdə yoldaşları ona məsləhət verdilər ki, şöbənin ağsaqqal əməkdaşı Ələmdar kişiyə müraciət etsin. Onu da dedilər ki, Ələmdar kişi çox möhkəm adamdır, çətin ki, onu yola gətirə biləsən. Murad da "nə olar, olar" deyib yaxınlaşdı Ələmdar kişiyə. Ədəb-ərkanla salam verib soruşdu:
- Ələmdar əmi, sizdə bir təsbehlik sap olar?
Ələmdar kişi qısa və sərt cavab verdi:
- Var, vermirəm. Soruş, niyə.
Murad daha minnət eləməyin mənasız olduğunu düşünüb elə həmin tonda da cavab qaytardı:
- Soruşmuram.
Səhəri gün işə gələndə dəhlizdə şöbə müdiri ilə qarşılaşdı. Şöbə müdiri onu elə dəhlizdə saxlayıb nəsihət verməyə başladı:
- Murad, cavan oğlansan, ağsaqqalın xətrinə niyə dəymisən? Heç gözləməzdim səndən. Get, kişinin könlünü al, barış onunla. Kişi dünəndən özünə gələ bilmir.
Murad nə baş verdiyini dərhal anladı. Düzü, özü də gözləmədiyi halla qarşılaşmışdı. Odur ki, "yaxşı" deyib şöbəyə getdi.
Otaqda başqa iş yoldaşları da vardı, aralarında hansısa məsələni müzakirə edirdilər. Muradı görcək hamı susdu və bütün nəzərlər ona dikildi. Murad yenə ədəb-ərkanla hamıya salam verib Ələmdar kişiyə yanaşdı.
- Əmi, sabahınız xeyir olsun, necəsiniz?
- Sənin dünənki hərəkətindən sonra necə olmalıyam ki, incimişəm səndən.
- Əmi, bağışlayın siz Allah, heç özüm də bilmirəm niyə belə alındı.
- Ay oğul, sənə dedim ki, soruş da. Burda nə var ki?..
- Əmi, soruşsaydım sap verəcəydiz?
- Yox! Soruş, niyə.
Murad diqqətlə Ələmdar kişinin gözlərinə baxdı. Cavabı yenə qısa oldu:
- Soruşmuram!

Son xəbərlər

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Cansunu bu serialda görəcəksiniz

Nikolas Keycə baxan bir də baxdı - FOTOLAR

Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"

Hələ də çap maşınında yazır - FOTOLAR

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı

Payız Azərbaycana bu tarixdə gələcək

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

Bu məktəblər distant təhsilə keçdi

Bulvara gedənlərin diqqətinə: Bu hissə bağlanır

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

UNUDULMAYAN YAXŞILIQ

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

UŞAQLIQ ILLƏRIMI XATIRLAYARKƏN ATAM VƏ ANAM XÜSUSI YADA DÜŞÜR - FOTOLAR

MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

SÖZLƏ TƏBİƏT, İNSANLA ZAMAN ARASINDA

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930