
Xəbərlər
3.03.2026, 01:26
Qolu güclü ola bilərsən, əsası insanlıqda güclü ol!
Qaldıra bilərsən ağır daşları,
Bir yetim könlünü qaldıra bil sən.
Qoyma kədər qona saçının üstə,
Ağa bürüməmiş aldıra bil sən.
İnsanlıq gücünü göstər sağ ikən,
Dəmir yumruğundan yeməsin çəkən.
Azaltsan cibindən, azalmaz tikən,
Adını tarixə saldıra bil sən.
Sevinc paylamalı möhkəmsə əllər,
Qansızı qandırar tək uzun illər.
Tüpürməz yaxşını,yer üstə dillər,
Həyat nəğməsini çaldıra bil sən.
Gələndə qoyulan izlə gəlirsən,
Dünyaya saf, təmiz üzlə gəlirsən.
Hər şeyi görməyə gözlə gəlirsən,
Ölsən, xəyallara daldıra bil sən.
Zirvəyə qalxmağa ayaq bəs edər,
Afiqəm, uzağı gör ovcun qədər.
Düşdünsə zirvədən, yaşadın hədər,
Özünü qınaqdan aldıra bil sən.
Bir yetim könlünü qaldıra bil sən.
Qoyma kədər qona saçının üstə,
Ağa bürüməmiş aldıra bil sən.
İnsanlıq gücünü göstər sağ ikən,
Dəmir yumruğundan yeməsin çəkən.
Azaltsan cibindən, azalmaz tikən,
Adını tarixə saldıra bil sən.
Sevinc paylamalı möhkəmsə əllər,
Qansızı qandırar tək uzun illər.
Tüpürməz yaxşını,yer üstə dillər,
Həyat nəğməsini çaldıra bil sən.
Gələndə qoyulan izlə gəlirsən,
Dünyaya saf, təmiz üzlə gəlirsən.
Hər şeyi görməyə gözlə gəlirsən,
Ölsən, xəyallara daldıra bil sən.
Zirvəyə qalxmağa ayaq bəs edər,
Afiqəm, uzağı gör ovcun qədər.
Düşdünsə zirvədən, yaşadın hədər,
Özünü qınaqdan aldıra bil sən.
Afiq Göyçəli
03.02.2026-cı il
@актуальное
@актуальное






