BİZİM TƏQVİM:28 fevralda baş vermiş tarixi hadisələr

1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində ermənilər böyük iğtişaşlar törədib. Baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.

Bu hadisələr də SSRİ DTK-nin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir.

Bəs, fevralın 28-də dünyada daha hansı hadisələr baş verib?

1. 1835-ci ilin 28 fevralında finlərin “Kalevala” eposunun ilk çap toplusu işıq üzü görüb. Fin xalqı hər il fevralın 28-ini Kalevala Günü olaraq qeyd edir.

2. 28 fevral 1922-ci ildə Misir Birləşmiş Krallıqdan ayrılaraq müstəqilliyini elan etdi.

3. 1940-cı ilin 28 fevralında dünyada ilk dəfə televiziyadan birbaşa translyasiya oldu.

4. 1945-ci ilin 28 fevralında Türkiyə Birləşmiş Millətlər Təşkilatının bəyannaməsini imzaladı.

5. 1986-cı il fevralın 28-də Avropa İttifaqının yaradılması haqqında akt imzalandı. Həmin sənədə əsasən, 1987-ci il iyunun 1-də Avropa ölkələrinin bəzi kommunikasiya sahələri və idarələri birləşdirildi.

6. 1992-ci ilin 28 fevralında müstəqil Azərbaycan ABŞ, Hindistan və Nepalla diplomatik əlaqələr qurub.

28 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycanda riyaziyyat elminin banilərindən biri, akademik İbrahim İbrahimov 1912-ci ilin 28 fevralında anadan olub. Onun tədqiqatları riyaziyyatın funksional nəzəriyyəsilə bağlıdır. Görkəmli alimin bir çox elmi əsəri dünyanın müxtəlif ölkələrində çap olunub. Ali məktəblər üçün yazdığı “Ədədlər nəzəriyyəsi”, “Sıralar nəzəriyyəsinin əsasları”, “Riyazi analiz kursu” dərslikləri İbrahim İbrahimovun Azərbaycan elmi, pedoqoji kollektivinə qiymətli töfhələrdir (1912-1994).

2. 28 fevral 2015-ci ildə Nobel Ədəbiyyat Mükafatına namizəd göstərilən ilk Türkiyə yazıcısı Yaşar Kamal dünyadan köçüb. Türkiyədə aldıqları ilə yanaşı, Yaşar Kamal “Cino del Duca”, “Legion d’Honneur”, “Premi İnternacional Catalunya”, Almaniya Kitab Evləri İttifaqı Frankfurt Kitab Sərgisi Sülh mükafatı kimi 20-dən artıq beynəlxalq mükafat qazanıb.

3. Qazax akını-şairi Cambul Cabayev 28 fevral 1846-cı ildə anadan olub.

4. Azərbaycan yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi, AYB-nin üzvü, Əməkdar İncəsənət xadimi, Azərbaycan SSR xalq yazıçısı Ənvər Məmmədxanlı 28 fevral 1913-cü ildə dünyaya göz açıb.

5. Azərbaycan müğənnisi, Azərbaycan SSR əməkdar artisti Nəzakət Məmmədova 1944-cü ilin məhz bu günündə anadan olub.(Bizim.Media)

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930