Turaztv.az » Xəbərlər » SEVİNC YUNUSLU : Qızıl hərflə yazılsa“qoçaqdı “sa,görünmür..
Xəbərlər

SEVİNC YUNUSLU : Qızıl hərflə yazılsa“qoçaqdı “sa,görünmür..

27.02.2026, 11:25 163
Elə gözəl, elə xoş öldürürsən adamı,
Əlindəki ən iti bıçaqdısa görünmür..
Bu nə gediş, dünyanın ay allahsız bəndəsi,
Getdiyin yol küncdüsə,bucaqdısa görünmür..

Mənə mini dolaşıb həsədxanadan baxsa,
Fərqi yoxdu canıma cəsədxanadan baxsan.
Dönüb Şamaxıdakı rəsədxanadan baxsam
Mənə doğru açdığın qucaqdısa, görünmür..

Bir gecəlik əlimdi kürəyin üstdən keçən..
O payız küləyiydi diləyim üstdən keçən..
Bizi ayıracaqsa, ürəyim üstdən keçən -
Fərqi nədi qatardı, uçaqdısa, görünmür..

Könlün işıq haləsi közdən üz çevirdisə,
Bu yaz qanlı lalələr düzdən üz çevirdisə..
Heyif,bu eşq,bu tale bizdən üz çevirdisə
Getdisə getdi daha,qaçaqdısa görünmür..

Qayıt söndür könlümdə qaladığın odları.
Necə sınır bilirsən quşların qanadları?..
Tanrı yazan sevdadan qaçanların adları-
Qızıl hərflə yazılsa“qoçaqdı “sa,görünmür..

Oxşar xəbərlər