Turaztv.az » Xəbərlər » Britaniya səfiri Gürcüstan XİN-ə çağırıldı
Xəbərlər

Britaniya səfiri Gürcüstan XİN-ə çağırıldı

26.02.2026, 01:20 81
Britaniyanın "İmedi" və "Post" telekanallarına qarşı sanksiyalarının tətbiqi ilə əlaqədar Qaret Uord Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, bu barədə Xarici işlər naziri Maka Boçorişvili bildirib.

"Böyük Britaniya səfirinin sabah Xarici İşlər Nazirliyinə gələcəyini gözləyirəm. Bu qərara görə izahat tələb edirik", - Boçorişvili "Rustavi 2"yə verdiyi müsahibədə bildirib.

Böyük Britaniya yeni sanksiyalar siyahısını 24 fevralda dərc edib. London iddia edir ki, "İmedi" televiziyası Ukrayna hökumətini "qanunsuz" və "Rusiya dezinformasiya"sı kimi təqdim edən yalan məlumatlar yayıb. "İmedi" sanksiyaları "faydasız" adlandırıb və Gürcüstan xalqının maraqları naminə işləməyə davam edəcəyinə söz verib.

Oxşar xəbərlər