Ötən gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclası yenə qalmaqallı müzakirələrlə gündəmə gəlib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu dəfə əvəzedicilər liqasının ləğvi əsas mövzu olub.

Ümumiyyətlə, bununla bağlı əvvəllər də müzakirələr gedib. Bəzi klublar öncə də əvəzedicilər liqasının ləğv edilməsinə istəyiblər. İcraiyyə Komitəsi isə dünən bu məsələyə yenidən baxıb. Maraqlıdır ki, son qərarın verilməsi Klublar Komitəsinə həvalə edilib.

Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvindən sonra əvəzedicilər çempionatının da ləğvi böyük problemlərə yol aça bilər. Çünki yerli futbolçuların əksəriyyəti məhz bu liqada çıxış edirlər. Hansı ki, klublarda əsas heyətə düşməyən oyunçular ikinci komandalarla meydana çıxıb təcrübə qazanırlar.

Uzun müddət sonra İK iclasına qayıdan Qurban Qurbanov da buna etiraz edib. O, əvəzedicilər liqasının ləğvinin problemlər yaradacağını bildirib. Necə ki, Q.Qurbanov limit ləğv edilərkən də verilən qərardan narazı idi və məhz ondan sonra İK-nın iclaslarına qatılmağı dayandırmışdı.

Klublar Komitəsinin sədri Elçin Usub “Qafqazinfo”ya açıqlamasında əvəzedicilər liqasının ləğvi ilə bağlı səslənən fikirlərə münasibət bildirib:

“İndiyə olan vəziyyət belədir ki, Klublar Komitəsinə hələ rəsmi müraciət edilməyib. Buna görə də mövzunun konkret nədən ibarət olması hələ məlum deyil. Növbəti iclasın mart ayının 11-i keçirilməsi barədə ilkin razılaşma var. Güman edirəm, gələn həftə konkret mövzu məsələsinə aydınlıq gələcək”.

Onun sözlərinə görə, KK-nın 11 dekabrda keçirilən son iclasında Əvəzedicilər liqası ilə bağlı müzakirələr aparılıb:

“Klublar, gələn mövsüm, ümumiyyətlə, bu yarışın keçirilib-keçirilməməsi ilə bağlı məsələyə vaxtında aydınlıq gətirilməsinin zəruriliyini nəzərə alaraq, məsələnin qabaqcadan müzakirə predmeti olmasını istəyiblər. Yadınızdadırsa, cari mövsüm ərəfəsində də bu yarışların keçirilməyəcəyi barədə ciddi müzakirələr aparılırdı və bir çox klublar, o cümlədən, Şamaxı FK-da müvafiq heyətin formalaşdırılmasına yalnız İK-nın iyun ayının sonu qəbul edilən qərarından sonra başladılar. Təbii ki, klubların narahatçılığı başadüşüləndir. Əgər biz futbola peşəkar yanaşmadan danışırıqsa, bəlli proqnozlaşdırıla bilən mühitin yaradılması da vacibdir”.

Maraqlıdır ki, klubların əksəriyyəti isə bu liqanın aradan qaldırılmasına razıdır. Heç bir iddiası olmayan klublar da bunun baş verməsini istəyir. Səbəb isə ora xərclənən pulları əsas komandada rahat-rahat əcnəbi oyunçulara xərcləməkdir.

Son xəbərlər

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

AKİF CƏFƏRLİ İLƏ BAĞLI BİR XATİRƏ VƏ XATİRƏ İŞIĞINDA ONUN YARADICILIĞINA BİR BAXIŞ...

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Faktiki hava açıqlandı

Filippində musson yağışları daşqına səbəb oldu - Bir ayda 32 nəfər öldü

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31