Xəbərlər
16.02.2026, 00:00
Allahın ipi : Brilyant Qurbanova - FOTO
Bir mömin söylədi dərin bir hikmət,
Bu dünyaya qarşı oyatdı nifrət...
Dedi ki, olanda ana bətnində,
Bu Cahana gəlmək istəmir bəndə.
Qaranlıq dünyanı çox rahat bilir,
Nə çək-çevür edir, nə tərin silir.
Doqquz ay sərasər... Yetişir zaman,
Ağlaya-ağlaya ayrılır haman.
Bilir aqibətin sanki əzəldən,
Çalışır zövq alsın hər bir "gözəl" dən.
Vurur həyatını günbəgün başa,
Görən hazırdırmı sabah "savaşa? ".
Dünyanın sonunu gözləyir hamı,
Bir taxta olacaq hər insan canı.
Qiyamət günündə qalxacaq insan,
Olacaq cəhənnəm hər tərəf, hər yan.
Nə Günəş, nə ulduz, nə Ay çıxacaq,
İşıq bir müqəddəs Nurdan axacaq.
Duracaq ayağa torpağa yüklər,
O an seçiləcək nə ağa, nökər.
Qoyacaq "Lövhə" ni böyük Mələyim,
Keçəcək gözündən hər kəs ələyin.
Hərə əməlinə cavab verəcək,
Haqq, ədalət onda hökm sürəcək.
Sonda açılacaq hər iki qapı,
Çatmayacaq dada Allahın ipi.
Qiyamət günü də belə olacaq,
Təzə doğulacaq, köhnə öləcək.
Atəş də göylərdən enəcək onda,
Zühur eyləyəcək Mələk donunda.
06.02.2026.
Bu dünyaya qarşı oyatdı nifrət...
Dedi ki, olanda ana bətnində,
Bu Cahana gəlmək istəmir bəndə.
Qaranlıq dünyanı çox rahat bilir,
Nə çək-çevür edir, nə tərin silir.
Doqquz ay sərasər... Yetişir zaman,
Ağlaya-ağlaya ayrılır haman.
Bilir aqibətin sanki əzəldən,
Çalışır zövq alsın hər bir "gözəl" dən.
Vurur həyatını günbəgün başa,
Görən hazırdırmı sabah "savaşa? ".
Dünyanın sonunu gözləyir hamı,
Bir taxta olacaq hər insan canı.
Qiyamət günündə qalxacaq insan,
Olacaq cəhənnəm hər tərəf, hər yan.
Nə Günəş, nə ulduz, nə Ay çıxacaq,
İşıq bir müqəddəs Nurdan axacaq.
Duracaq ayağa torpağa yüklər,
O an seçiləcək nə ağa, nökər.
Qoyacaq "Lövhə" ni böyük Mələyim,
Keçəcək gözündən hər kəs ələyin.
Hərə əməlinə cavab verəcək,
Haqq, ədalət onda hökm sürəcək.
Sonda açılacaq hər iki qapı,
Çatmayacaq dada Allahın ipi.
Qiyamət günü də belə olacaq,
Təzə doğulacaq, köhnə öləcək.
Atəş də göylərdən enəcək onda,
Zühur eyləyəcək Mələk donunda.
06.02.2026.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








