Baydendən Putinin nüvə təhdidinə CAVAB: "Qiyamət günü təyyarəsi" havaya qaldırıldı - Nə baş verəcək?
ABŞ prezidenti Bayden Putinin Rusiya nüvə qüvvələrinə verdiyi "xüsusi hazırlıq" əmrinə adekvat addım atıb.

Sfera.az bildirir ki, bu dəfə ABŞ Hərbi Hava Qüvvələrinin nüvə bombasına davamlı "Qiyamət günü təyyarəsi” təlim keçmək üçün səmaya qalxıb. Təfərrüatları gizlədilən vasitə 4,5 saatlıq təlim uçuşu edib. Boeing 747 model sərnişin təyyarələrinin modifikasiyası ilə dizayn edilmiş innovativ Boeing E-4B, fevralın 28-də ABŞ-ın Nebraska ştatı üzərində uçarkən görüntülənib. Maraqlısı odur ki, təlim uçuşu Rusiya prezidentinin son qərarından qısa müddət sonra həyata keçirilib.
Baydendən Putinin nüvə təhdidinə CAVAB: "Qiyamət günü təyyarəsi" havaya qaldırıldı - Nə baş verəcək?



Məlumata görə, Nebraskadakı Hərbi Hava Qüvvələri bazasından havaya qalxan təyyarə Çikaqoya doğru 4,5 saatlıq uçuşu tamamlayıb, sonra geri dönərək bazaya enib. ABŞ rəsmiləri E-4B-nin hər zaman hazır olduğunu və donanmanın müntəzəm təlim və hazırlıq missiyaları həyata keçirdiyini bildirib. Bazar ertəsi keçirilən son təlimin Putinin nüvə addımına birbaşa cavab olub-olmadığı məlum deyil.

Qeyd edək ki, E-4B ABŞ ordusunun 1970-ci illərdən bəri saxladığı "Nightwatch” təyyarə parkının bir hissəsidir. Sözügedən təyyarə nüvə müharibəsi zamanı yüksək rütbəli hərbçilərə özəl mobil komanda mərkəzi olaraq xidmət üçün nəzərdə tutulub. Dəyəri 200 milyon dollar olan dizayn, kommersiya 747 model təyyarələrində görünməyən bir sıra təhlükəsizlik xüsusiyyətlərinə malikdir.

Baydendən Putinin nüvə təhdidinə CAVAB: "Qiyamət günü təyyarəsi" havaya qaldırıldı - Nə baş verəcək?


Təyyarənin hətta nüvə partlayışından qaynaqlanan elektromaqnit impulslarına məruz qaldıqda belə, işləməyə davam etməsini təmin etmək üçün müasir rəqəmsal deyil, köhnə avadanlıqla təchiz edilib. Demək olar ki, tamamilə pəncərəsiz olan təyyarə sərnişinləri və ekipajı nüvə müharibəsinin istilik təsirlərindən qorumaq üçün xüsusi qalxanlara malikdir. Bundan əlavə, təyyarənin yuxarı hissəsində 65-dən çox peyk antenasının olduğu çıxıntı var.

"CNBC”nin məlumatına görə, bunlar E-4B-yə dünyanın istənilən yerində gəmilər, sualtı qayıqlar, təyyarələr və sabit telefonlarla əlaqə saxlamağa imkan verir. Təyyarənin digər xüsusiyyətləri isə gizlidir.

Baydendən Putinin nüvə təhdidinə CAVAB: "Qiyamət günü təyyarəsi" havaya qaldırıldı - Nə baş verəcək?


Günay Rəsulqızı
Sfera.az

Son xəbərlər

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Şagirdlərin elektron yerdəyişməsi başladı

Lisey və gimnaziyalara qəbulun son tarixi açıqlandı

Qiyamət günü əslində nə vaxt olacaq? - 5 böyük əlamət

Təhlükəsizlik qüvvələri evinə basqın etdi, prokuror həbs olundu

Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı

Ov tüfəngindən atəş açıldı - 14 yaşlı yeniyetmə öldü

Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - Fotolar

İsmayıllıda ağır avtoqəza baş verib, ölənlər var

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib

44 il sonra evlənəcəklər - Fotolar

Yeni filmə görə 100 milyon qazanacaq

Britaniyaya qayıdırlar

Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

UEFA Konfrans Liqası: "Qarabağ" bu gün Niderlandda "Tvente" ilə qarşılaşacaq

Bu gün Yevlax, Tərtər, Ağdaş, Göyçay, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq

Anar Nəcəfli vəzifəsindən azad olundu

İtkin düşən tiktokerin üzümlükdə meyiti tapıldı

Helikopter qəzasından sağ çıxan olmadı

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

Rəşad Məcid – Azərbaycan mətbuatının və ədəbi mühitinin nüfuzlu siması

Tramp: İrana qarşı daha sərt sanksiyalar tətbiq oluna bilər

Azərbaycan XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında təmsil olunur

Kurtun ölümündə istifadə olunan silah məhv edildi

Şamaxıda “Niva” dərəyə aşıb, iki nəfər ölüb - YENİLƏNİB

Zeynəb Cəmaləddin : BİR OCAQ QURACAQSAN - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31