Bakıda Küveyt Dövlətinin 65-ci Milli Günü və 35-ci Qurtuluş Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Küveytin Azərbaycandakı səfiri Məhəmməd Feysal əl-Mutairi iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan yüksəksəviyyəli əlaqələrdən məmnunluğunu ifadə edib. O bildirib ki, Küveyt və Azərbaycan beynəlxalq arenada, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq və koordinasiya həyata keçirir, qarşılıqlı namizədlikləri dəstəkləyir.

Diplomat ötən il ərzində əlaqələrin inkişafına töhfə verən mühüm hadisələrə də toxunaraq Küveytdə keçirilmiş Azərbaycan–Küveyt Əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclasını xüsusi qeyd edib. Onun sözlərinə görə, iclas çərçivəsində birgə bəyannamə və 2025–2027-ci illəri əhatə edən yol xəritəsi qəbul olunub, kənd təsərrüfatı, idman, mədəniyyət və turizm sahələrində əməkdaşlıq sənədləri imzalanıb. Səfir qarşılıqlı rəsmi səfərlərin və iqtisadi əməkdaşlığın genişlənməsinin əhəmiyyətini vurğulayıb, həmçinin Küveytin Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında fəal iştirak edəcəyini bildirib.

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov isə çıxışında Küveyt Dövlətinin 65-ci Milli Günü və 35-ci Qurtuluş Günü münasibətilə Azərbaycan hökuməti adından təbriklərini çatdırıb, dost və qardaş Küveyt xalqına sülh, rifah və davamlı inkişaf arzulayıb.

Nazir müavini Azərbaycan–Küveyt münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını, diplomatik əlaqələrin qurulduğu dövrdən bəri davamlı inkişaf etdiyini bildirib. O, Küveytin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib, son illər yüksəksəviyyəli səfərlərin, Birgə Komissiyanın iclaslarının, siyasi məsləhətləşmələrin və turizm əlaqələrinin genişlənməsinin əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını vurğulayıb.

Rəsmi hissənin sonunda Küveyt Dövlətinin səfiri tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.



Son xəbərlər

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31