Portuqaliyalı futbolçu Kriştiano Ronaldo “Əl-Nəsr” klubunda rəhbərliyin bəzi işçilərin maaşını gecikdirməsindən narazı qaldığına görə başladığı etiraz aksiyasına son qoyub.

“Qafqazinfo” “A Bola” nəşrinə istinadən xəbər verir ki, ulduz futbolçunun etirazından sonra “Əl-Nəsr” rəhbərliyi əməkdaşların maaşını ödəyib.

Klub həmçinin ötən ilin dekabrında vəzifəsindən uzaqlaşdırılan portuqaliyalı direktorlar Joze Semedo və Simao Koutinyoya direktor vəzifəsini bərpa edib.

Onu da bildirək ki, portuqaliyalı forvardın narazılığının əsas səbəbi Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PIF) transfer siyasəti idi. Belə ki, O, “Əl-Nəsr”ə ayrılan büdcənin kəsilməsindən və rəqib “Əl-Hilal”ın daha çox dəstəklənməsindən, həmçinin klubun idman direktoru Simao Koutinyo və baş icraçı rəhbəri Joze Semedonun vəzifələrindən uzaqlaşdırılmasından narazılığını bu cür ifadə etmişdi.

Xatırladaq ki, fevralın 7-də Səudiyyə Ərəbistanı Futbol Liqasının Ronaldonun boykotuna görə 2,4 milyard dollar itirdiyi bildirilir.

Bununla da, “FOX Sports” Səudiyyə Ərəbistanı çempionatının yayımından imtina edən ilk böyük beynəlxalq televiziya şirkəti olub.

Qeyd edək ki, Ronaldo 2023-cü il yanvarın 1-dən “Əl-Nəsr”də çıxış edir. Bu müddət ərzində Ronaldo komandanın heyətində 127 oyun keçirib, 111 qol vurub.

Son xəbərlər

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Gəncədə domino oynayarkən başlayan dava ölümlə bitdi

Ən yüksək sosial yardımı onlar alır - SİYAHI

Bloger "vəziyyət ağırdır" deyib üsyan etdi

"Queen"in üzvü vəfat etdi

Tərəf müqabili oldular

SÖZÜN İKİ ÜZÜ, İNSANIN BİR ÜZÜ - FOTO

PÜSTƏ RƏVAN : GƏLİN APARIN - FOTO

İRADƏNİN "OBYEKTİV"İ VƏ DÜNYANIN SUBYEKTİV DƏRDİ

977-ni aşırdın, 1000-ə nə qaldı?...

Portuqaliyalı voleybolçu: Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 bürünc medal qazanıb

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır - ŞƏRH

Daha bir məşhur sima "A.B.İ"də - FOTO

“Ana-oğul” arasındakı 9 yaş fərqi müzakirə yaratdı - Foto

14 ildən sonra eyni serialda rol alacaqlar

Tətildən şəkil paylaşmayın - Süni intellekt yerinizi ələ verir

Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi

DİN-də işləmək istəyənlərin nəzərinə

Bağlanan universitetin tələbələri ilə bağlı rəsmi açıqlama

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Paşinyanın "Dördüncü Respublika"sı: Ermənistanın gələcəyi Bakı və Ankara ilə bağlıdır - ŞƏRH

İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Avqust ayının pensiya ödənişləri yekunlaşıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31