Xəbərlər
1.02.2026, 22:10
ABŞ-la danışıqlar üçün şərti açıqladı
İran hökuməti ABŞ prezidenti Donald Trampın administrasiyası ilə danışıqlar üçün etimadın bərpasını şərt kimi müəyyən edib.
"Turaztv.az" "Unikal" -a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu açıqlamanı CNN-ə verdiyi müsahibədə deyib.
Nazirin sözlərinə görə, hazırda ABŞ-a etimad itirilib, lakin onu bərpa etmək üçün səylər göstərilir. Buna görə də Əraqçi gələcəkdə yeni danışıqların mümkünlüyünə işarə edib. O, həmçinin əlavə edib ki, İran və ABŞ vasitəçilər vasitəsilə əlaqə saxlayırlar.
Bir müddət əvvəl İran ABŞ ilə münaqişənin üçüncü mərhələsinin başladığını elan etmişdi. Tramp, həmçinin, İrana hərbi hücum ehtimalını da dilə gətirib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay