Suriyanın “Syrian Petroleum” dövlət neft şirkəti Raqqa və Deyr əz-Zor regionlarında neft hasilatına başlayıb. Bu barədə məlumat verən şirkətin kommunikasiyalar üzrə direktoru Satvan Şeyx Əhməd onu da bildirib ki, sutkada 100 min barel həcmində hasil olunan neft Homs və Bəniyas neft ayırma zavodlarına göndərilir. Onun sözlərinə görə yaxın günlərdə daha çox neft hasil edilərək dünya bazarına çıxarılacaq.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla yanaşı Davos Dünya İqtisadi Forumundan qayıdan ABŞ Prezidenti Donald Tramp mətbuat nümayəndələrinə verdiyi açıqlamasında bildirib ki, Venesueladan qaçaqmalçılıq yolu ilə çıxarılan və ABŞ-ın Hərbi Dəniz Qüvvələri tərəfindən həbs olunaraq müsadirə edilən 9 milyon ton xam neft Texasdakı neftayırma zavoduna göndərilib. Prezident bildirib ki, ABŞ şirkətləri Venesuelanın neft sənayesinə sərmayə yatıraraq 50 milyard barel neft hasil edəcəklər. Bu hadisələrlə əlaqədar olaraq dünya bazarında neftin qiyməti 0,9 dollar ucuzlaşıb. Lakin ABŞ Hərbi Dəniz Qüvvələrinin, o cümlədən “Avraam Linkoln” hərbi təyyarələr daşıyan gəmisinin körfəzə daxil olaraq İranı təhdid etməsi hərbi əməliyyatların başvermə ehtimalını artırıb. Eyni zamanda, Qazaxıstanda elektrik enerjisinin kəsintisi ilə əlaqədar olaraq “Tengiz” və “Koralev” yataqlarından neft hasilatının müvəqqəti dayandırılması qiymətlərin yenidən yüksəlməsinə səbəb olub. Beləliklə, “Brent” markalı neftin 1 barelinin qiyməti nə qədər ucuzlaşmışdısa, bir o qədər də artdı (0,9) və 65 dolları keçdi.

“Reuters” agentliyinin məlumatına görə, Qazaxıstanda baş verən insidentlə əlaqədar olaraq Xəzər Boru Kəməri Konsorsiumu ilə beynəlxalq bazarlara neftin nəqli 10 gün müddətinə dayandırılıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, 2025-ci ildə Çin iqtisadiyyatı 5 faiz, dünya neft hasilatı isə 1,5 faiz artmalı idi. Lakin gözləntilər geosiyasi proseslərlə əlaqədar olaraq özünü doğrultmadı. Belə ki, Çin iqtisadiyyatı 4,1, neft hasilatı isə 2,1 faiz artdı ki, bu da dünya bazarında neftin qiymətinin enmə tendensiyasını saxladı. Hazırda dünya neft bazarı geosiyasi təzyiqlər altındadır. BVF-in proqnozuna görə, cari ildə dolların ucuzlaşması (dəyər itirməsi) mart sifarişlərində neftin bir barelinin qiymətini 68-70 dollara kimi bahalaşdıra bilər.

Bu gün bazara təsir edən başlıca faktor İran ətrafında cərəyan edən proseslərdir. Əgər ABŞ İrana qarşı hərbi əməliyyatlara başlasa və buna cavab olaraq İran da Yaxın Şərq ölkələrindəki ABŞ-ın hərbi bazalarına raket zərbələri endirsə və Körfəzi bağlasa neftin qiymətində kəskin artım müşahidə edilə bilər. Hasilat və istehsal artıq olsa da hərbi əməliyyatlar neftin nəqlində böyük problem yaradacaq ki, bu da treyderlərə qiyməti yüksəltmək imkanı verəcək. Körfəz regionu dünya neft bazarının ən mühüm ixrac mərkəzidir. Səudiyyə Ərəbistanı, İraq, İran, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi neft ölkələrini əhatə edən bu regiondan sutkalıq neft ixracı dəyişkən olmaqla, ümumilikdə 15-20 milyon barel səviyyəsində qiymətləndirilir. Bu həcm dünya üzrə dəniz yolu ilə daşınan neftin böyük hissəsini təşkil edir və Hörmüz boğazının bağlanması bazarda tələb və təklif balansını pozar.

Bir məsələyə də diqqət yetirmək lazımdır. Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında müharibənin dayandırılması istiqamətində danışıqlar aparılır. Danışıqların birinci mərhələsinin pozitiv başa çatması haqqında məlumatlar verilib. Bu həftə danışıqların növbəti mərhələsi başlayacaq və bunun nəticəsindən asılı olaraq dünya bazarında neftin qiymətində dəyişiklik ola bilər.

Yanvarın 24-də Avropa İttifaqı (Aİ) Rusiyadan neft və qaz idxalına birdəfəlik son qoymaq üçün yeni qərar qəbul edib. Qərara əsasən, Aİ ölkələri Rusiya nefti ilə istehsal olunan məhsulların da idxalına qadağa tətbiq olunub ki, bu da neftin ucuzlaşmasını gecikdirən faktorlardan biridir.

Son xəbərlər

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31