“Hasretinle yandı gönlüm”ün ifaçısı vəfat etdi
“Hasretinle yandı gönlüm” mahnısı ilə tanınan türkiyəli müğənni Seha Okuş vəfat edib.
"Turaztv.az" “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, sənətçi 97 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, S.Okuş məşhur aktyor Müjdat Gezenin bibisidir.