Məlum olduğu kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalovun əmlakları hərraca çıxarılıb. Hərracda satılması nəzərdə tutulan əmlakların ümumi dəyəri 10 milyonlarla manatla ölçülür.

“Qafqazinfo” xəbər verir ki, Vidadi Zeynalov Manset.az-a açıqlamasında əmlakların böyük hissəsinin ona aid olmadığını bildirib.

“2015-ci ildə məni saxlayanda nə qədər nəslim, qohum-əqrəbam var idisə, hamısının əmlakını araşdırmadan mənim adıma bağladılar. Bacımın yaşadığı evi, ərə getmiş qohumumun evini müsadirə etdilər. Bunun mənə nə aidiyyəti var? Sonradan araşdırma aparıldı və Ali Məhkəmədə, eləcə də Ağır Cinayətlər Məhkəməsində həmin əmlakların hamısı geri qaytarıldı”, - deyə V.Zeynalov söyləyib.

Onun sözlərinə görə, hətta valideynlərinə məxsus, uzun illər əvvəl əldə edilmiş evlər də siyahıya salınıb: “1926-cı ildə atam anadan olub, anam isə 1952-ci ildə ona ərə gəlib. Kənddə yerləşən həmin evi də müsadirə kimi yazmışdılar. Bunun da mənə heç bir aidiyyəti yoxdur. Sonradan onların da hamısını siyahıdan çıxardılar”.

Sabiq Aparat rəhbəri hazırda övladlarının yaşadığı evlərin də ona aid kimi təqdim edildiyini sözlərinə əlavə edib: “İndi bir qızımın, bir oğlumun yaşadığı evi yazırlar. Onlar da durur, yaşayırlar. Orada yazırlar ki, filankəs qaynıdır, filankəs bacanağıdır. Qaynı bir şəhərdə yaşaya bilməz? Evi ola bilməz? Mən nə edim, deyim adına ev olmasın? Mən hazırda heç Bakıda yaşamıram. Yevlaxda kənd yerində yaşayıram”.

Son xəbərlər

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31