
Xəbərlər
15.01.2026, 08:57
Sumqayıtda 48 yaşlı kişi dəm qazından boğularaq ölüb

Sumqayıtda 48 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Abdulzadə Vəfadar Tapdıq oğlu hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və müvafiq qurumlar cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











