"Su sektorunda rəqəmsal idarəetmə sistemi də tətbiq edilməlidir".

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədəki çıxışı zamanı bildirib.

"Mən artıq bu barədə məlumat verdim. Bir daha demək istəyirəm ki, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu prosesə start verildi. Bunun üstünlüyü ondan ibarətdir ki, bu, sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir. Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq. Bu sahədə texnoloji inkişaf da göz önündədir. Bizim Xəzər dənizinin suyu o qədər də duzlu deyil, yəni tam əminlik var ki, duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaqdır.

Samur-Abşeron su kanalı. Vaxtilə biz bu kanalı yenidən inşa etmişik. Bu, tam beton kanaldır və orada itkilər kifayət qədər azdır. Ancaq yenə də bu kanalın infrastrukturunun inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulur ki, “Ceyranbatan” su anbarı dayanıqlı su ilə təmin edilsin. Bu gün Bakıya beş mənbədən su daxil olur. Altıncı mənbə duzsuzlaşdırma zavodu olacaq və əlbəttə ki, bu axın tam təmin edilməlidir.", - deyə dövlət başçısı qeyd edib.

Son xəbərlər

Rubio Zelenski ilə Münxendə görüşəcək

Məşhur serialın cütlüyü nişanlandı

“O, çox tezliklə yola düşəcək” - Tramp

Aeroport şosesində sürət həddi 20 km/saat endirilib

Bakı məktəbinə direktor təyin olundu

Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

Parisdə jandarmalara hücum edən şəxs güllələnib

Aeroport şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

"Əvvəlki dünya nizamı faktiki olaraq mövcud deyil" - Merts

Tramp ikinci təyyarədaşıyan gəmini də Yaxın Şərqə göndərmək niyyətindədir

Kim deyər ki, 80 yaşı olur? - Fotolar

"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı

“BMT iflic vəziyyətə düşüb, təsir göstərə bilməyəcək” - Prezident

Türkiyə Superliqası: "Qalatasaray" 3 xalı darmadağınla qazanıb

Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

Məhəmməd Nərimanoğlu : ÖMRÜ BELƏ VERDİM BADA - FOTO

✍ Sevil Azadqızı : Qismətdir, qədərdir, bilmirəm, nədir?..

“İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm”

Ərəb politoloq: Azərbaycan postmünaqişə mərhələsində praqmatik və gələcəyə yönəlmiş yanaşma nümayiş etdirir

“Apple” qatlanan smartfonu sınaqdan keçirir

Bəxtiyar Vahabzadənin xatirəsi Şəkidə yad edilib

NDU-nun birinci kurs tələbəsi vəfat etdi - Foto

Türkiyədə silahlı şəxs müəllimə hücum etdi

Antalya hava limanında qalxış zamanı təyyarənin təkərləri yerindən çıxıb

Bakıda Serbiyanın Dövlətçilik Günü qeyd olunub

Bütün xəbərlər
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728