Turaztv.az » Xəbərlər » İnama arxalan, qalma gümanla - FOTO
Xəbərlər

İnama arxalan, qalma gümanla - FOTO

13.01.2026, 00:30 189
Müzəffər Məzahim,
şair-publisist

GƏLİR

Hər şey yoldan keçir,-sevinc də,qəm də,
Məchul bir tənhalıq gizlənib cəmdə,
Bütövlük özünü axtarır kəmdə,-
Dağların selləri dərəyə gəlir.

Müqəddəs paklığa keçid ol hər an,
Onun keşiyində amadə dayan,-
Batini saf, fəqət, axan, bulanan
Suyun zir-zibili bərəyə gəlir.

Nə tərsə, nə bəhsə düşmə zamanla,
İnama arxalan, qalma gümanla.
Zahirə inanma, fərqini anla,-
Milçək də, arı da şirəyə gəlir.

Dünya libasını geyinib sirrdən,
Özü yıxdığını qaldırmaz yerdən...
Nə qədər qorunsan xatadan, şərdən,
Fələyin gülləsi ürəyə gəlir.


Oxşar xəbərlər