Turaztv.az » Xəbərlər » Bu gün nədənsə çox kədərliyəm... - FOTO
Xəbərlər

Bu gün nədənsə çox kədərliyəm... - FOTO

12.01.2026, 19:39 164
XƏLİL MİRZƏ,
şair publisist

ANAM MƏNI GÖZLƏMƏDI
Allah dünyadan köçən cəmi-əzizlərinizə rəhmət eləsin!


Anam məni gözləyirdi,
hər yeni bir murad ilə.
O, bu dəfə gözləmədi,
qaldım Fələk-cəllad ilə.

Buğda boyu boy atmışdım
hər gün onun qayəsində.
Çəkmişdi anam qayğımı
min cümlə, min fəsad ilə.

Sərbəst addım atan gündən
ayrılmışdım anamdan ki,
Qayıdaram bir gün geri,
yol gedirdim səyyad ilə.

Bir gün xəbər gəldi mənə:
"Yataqdadır, pisdir halı".
Yetirdim özümü ona,
qəlbimdəki irşad ilə.

Mənə zillənən gözləri
nurdan düşmüş, soluxmuşdu.
Baxdım ona yana-yana,
yalvardım son imdad ilə.

Yalvardım ki: "Gözlə məni,
bir sözüm var, deyəsiyəm".
Gecikdim yenə də əfsus,
ona verdiyim vəd ilə.

Anam məni gözləmədi,
gözləmişdi illər ilə.
Yola saldıq son mənzilə,
qaldım acı fəryad ilə.

Asiman versəydim ona,
bir heçnəydi, bilirəm mən.
Bircə kitab verəcəkdim,
qəlbimdə yanan od ilə.

Anam məni gözləmədi,
möhtac qaldım duasına.
Mirzəlik yükü boynumda,
yaşayıram bu ad ilə...

19.12.1997.

Oxşar xəbərlər