Xəbərlər
BELA ZƏNGİBASARLI : CAN AY ŞƏHİD KƏNANIM - FOTO
(44günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Süleymanlı Kənan Sadiq oğlunun əziz xatirəsinə)
Şəhid Süleymanlı Kənan
İgid bir leytenantdın, duydum sözün düzünü,
Könüllü, cəsur oğlan, dedin kişi sözünü.
Vətənin dar günündə düşünməyib özünü,
Döyüşərək sən tökdün qan, ay Şəhid Kənanım!
Əsgərin yaralanıb yıxıldıqda yanında,
Özünü itirməyib, yetirdin sən anında.
Qeyrət toxumu vardı damarında, qanında,
Qeyrətinə qurbanam can, ay Şəhid Kənanım!
Pələngin gücü vardı,sənin şir biləyində,
Vətəni azad görmək arzunda, diləyində.
Şəhidləri ağlayan, millətin ürəyində,
Əbədi bir məşəltək yan, ay Şəhid Kənanım!
Ölüm haqdır deyirlər - bu bir borcdur hər cana,
Sənin kimi Fatehi doğub qəhrəman Ana.
Hünərinlə alınan, azad Azərbaycana
Açılacaq hər səhər dan, ay Şəhid Kənanım!
Sənintək hər şəhidin qalar tarixdə izi,
Yağıdan azad etdiz, müstəqil ölkəmizi.
Rahat uyu - unutmaz bu tarix, millət sizi,
Yad edəcək hər zaman, hər an, Şəhid Kənanım!

05.01.2026