Bakının Nizami rayonu Bəhruz Nuriyev küçəsində taksi sürücüsünün xanım müştəriyə hücum etdiyi bildirilir.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Nigar Orucova sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, eşitmə məhdudiyyətli sürücü ilə yolu izah etmək məsələsində mübahisə yaşayıb: “Bu gün “Uber” şirkətindən taksi çağırmışdım. Proqramda sürücünün eşitmə məhdudiyyətli olduğu qeyd olunmuşdu. Bir dəfə də belə məhdudiyyətli sürücü ilə gələndə heç bir problem yaşamadığım üçün bu dəfə də imtina etmədim. Avtomobilə əyləşib yolu izah etmək üçün telefonda yazıb sürücüyə göstərdim. İşarə etdi ki, oxuya bilmir. Məcbur qalıb maşından düşdüm. Amma hələ həyətimizdən çıxmadığımız üçün ödəniş etmədim. Adam dalımca düşüb mənə hücum etmək istədi. Yaxşı ki, həyətdə qonşular var. Qaçdım yanlarına. Bunu görən sürücü telefonunu çıxarıb şəklimi çəkdi. Sonra maşınına əyləşib sürdü. Mən də şikayət edə bilməyim üçün telefonla arxadan avtomobilin şəklini çəkdim. Bunu görən sürücü yüksək sürətlə maşını arxaya-arxaya üstümə sürdü. Zamanında yoldan çıxa bildim.

Bu cür sürücülər potensial təhlükədirlər. İstənilən an vətəndaşa xəsarət yetirə bilərlər. Yaxşı ki, mənə kömək edə qonşular oldu. Bəs başqa sərnişin olsaydı və köməyi olmasaydı, onda necə?.. Avtomobilin və sürücünün mənə əl hərəkətləri ilə söyməyinin şəkilləri var”.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli soğrumuza cavab olaraq bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır: “Vətəndaşın sosial şəbəkə hesabında paylaşdığı məsələ ilə bağlı məlumatlıyıq. Hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır”.

Son xəbərlər

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Yasamal sakinlərinin nəzərinə!

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

AKİF CƏFƏRLİ İLƏ BAĞLI BİR XATİRƏ VƏ XATİRƏ İŞIĞINDA ONUN YARADICILIĞINA BİR BAXIŞ...

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31