ƏZİZƏ AĞAHÜSEYNQIZI

Bu daşlarım, bu nərdtaxta,bu da zər,
Gəl səninlə nərd oynayaq,a dünya.
Ayaq saxla,dincini al,nəfəs dər,
Gəl səninlə nərd oynayaq,a dünya.

Elə bilmə qabağından qaçacam,
Elə bilmə yalvarıb əl açacam,
Əminəm ki, bu oyunda udacam,
Gəl səninlə nərd oynayaq,a dünya.

Mən Arazam sədlərimi qəm aşmaz,
Kövrəlsəm də gözlərimi nəm aşmaz,
Gəl zər atma, ta gözlərim qamaşmaz,
Gəl səninlə nərd oynayaq,a dünya.

Nə qazandın, nə itirdin bilirsən?
Qımışırsan,bığ altından gülürsən.
Uduzarsan,göz yaşını silərsən,
Gəl səninlə nərd oynayaq, a dünya.

Sən əslimi, sən kökümü apardın,
Qəflə-qatar duz yükümü apardın,
Sən babamı, sən nənəmi apardın,
Gəl səninlə nərd oynayaq,a dünya.

Qorqudumu, Ər Tonqamı neylədin?
Göytürkümü, Aşinamı teylədin,
Kainatı ələyində ələdin,
Gəl səninlə nərd oynayaq,a dünya.

Görən səni bir tas udan olubmu?
Gözlərində bir yaş udan olubmu?
Cox demirəm, bir daş udan olubmu?
Gəl səninlə nərd oynayaq,a dunya.

Dirəşmişəm, qorxum yoxdur ölümdən,
Bir söz dedim yaman tutdun dilimdən,
Şeir yazdım, budur gələn əlimdən,
Gəl səninlə nərd oynayaq,a dünya.

Gəlimlisən, gedimlisən bilirəm,
Bir son ucu ölümlüsən, bilirəm,
Acılısan, şirinlisən, bilirəm,
Gəl səninlə nərd oynayaq,a dünya.

Vərəq üstə qəlpələnən duyğuyam,
Röyalarda çiçək-çiçək uyğuyam,
Qacaq Kərəm, dəli Domrul oğluyam,
Gəl səninlə nərd oynayaq,a dünya.

Tufanından qorxum yoxdur ki,əsəm,
Şimşəyinə, yağışına mən bəsəm,
Qılınc cəkib, zəfər çalan Tomrisəm,
Gəl səninlə nərd oynayaq,a dünya.

Bax, sinəmdə nəğmə dolu ürək var,
Hey çağlayan, coşub-daşan dilək var,
Şeirimdə bir sehirli lələk var,
Yaşadacaq min illərlə sinəndə,
Gəl səninlə nərd oynayaq,a dünya.
Gəl səninlə nərd oynayaq,a dünya.

Son xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Yasamal sakinlərinin nəzərinə!

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

AKİF CƏFƏRLİ İLƏ BAĞLI BİR XATİRƏ VƏ XATİRƏ İŞIĞINDA ONUN YARADICILIĞINA BİR BAXIŞ...

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31