Bəhreyn Krallığında keçirilən “Mara’ee 2025” tədbiri ölkənin qədim ənənələrini, tarixi təsərrüfat mədəniyyətini və müasir baxışını bir araya gətirən möhtəşəm hadisə kimi diqqət çəkir. “Mara’ee” sözü otlaq və geniş yaşayış sahələri mənasını daşıyır və Bəhreyn cəmiyyətinin əsrlər boyu formalaşmış həyat ritmini, əmək mədəniyyətini və icma birliyini əks etdirir. Festival burada yalnız milli dəyərlərin qorunması və zəngin ənənələrin təqdimatı ilə məhdudlaşmır, eyni zamanda, regionda mədəniyyətlərarası əlaqələri gücləndirən və beynəlxalq səviyyədə diqqət çəkən əlamətdar hadisə kimi də önəm daşıyır.

Bu mötəbər platformada Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi proqram festivalın ən parlaq məqamlarına çevrilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, səhnədə yüksək ustalıqla çıxış edən süvarilər, zəriflik və səhnə mədəniyyəti ilə seçilən orkestr, eləcə də milli koloritin bütün detallarını yaşadan rəqs qrupları vahid konsepsiya şəklində hazırlanıb, estetik və dinamik bir kompozisiya olaraq böyük maraq doğurub. Bu çıxışlar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin mədəniyyət və yaradıcılıq sahəsində fəaliyyət göstərən xüsusi kollektivlərinin peşəkarlığını və ölkəmizi beynəlxalq səhnədə layiqincə təmsil etmək missiyasını əks etdirib.

Bir-birini tamamlayan səhnə nömrələri öz məzmunu, enerjisi və emosional təsiri ilə tədbirin ən uzun və ən yaddaqalan proqramlarından biri kimi qiymətləndirilib.

Builki festivalda Bəhreyn Krallığının Kralı Həmd bin İsa Al Xəlifə da iştirak edərək Azərbaycan nümayəndə heyətinə xüsusi təşəkkürünü bildirmiş və proqramdan aldığı müsbət təəssüratlarını ifadə edib.

Azərbaycan nümayəndə heyətinin “Mara’ee 2025” səhnəsindəki uğurlu təqdimatı ölkəmizin mədəniyyətinin, peşəkar kollektivlərinin və milli dəyərlərinin beynəlxalq arenada yüksəksəviyyədə təbliğinə daha bir töhfə verib.














Son xəbərlər

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31