Xəbərlər
3.12.2025, 13:48
ƏFŞAN YUSİFQIZI : "Hər şey yaxşı olacaqmış" eləmi?..
Sualım var, kimə verim, ay Allah,
Vətənəmi?
Özüməmi?
Sənəmi?
Kim öyrətdi haqsızlığa bəndəni?
Qoca dünya əzəlindən beləmi?
Ayrılığın sonu yoxmuş, əbəsmiş,
Arzuların ötəri bir həvəsmiş.
Can dediyin bircə udum nəfəsmiş,
Ümid qalır küləyəmi, yeləmi?
Göz açandan güvənimiz bircə söz,
"Yaxşı olar", "yaxşı düşün", yaxşı döz.
Sığınmışdı sənə göydə pəri qız,
"Hər şey yaxşı olacaqmış" eləmi?..
Vətənəmi?
Özüməmi?
Sənəmi?
Kim öyrətdi haqsızlığa bəndəni?
Qoca dünya əzəlindən beləmi?
Ayrılığın sonu yoxmuş, əbəsmiş,
Arzuların ötəri bir həvəsmiş.
Can dediyin bircə udum nəfəsmiş,
Ümid qalır küləyəmi, yeləmi?
Göz açandan güvənimiz bircə söz,
"Yaxşı olar", "yaxşı düşün", yaxşı döz.
Sığınmışdı sənə göydə pəri qız,
"Hər şey yaxşı olacaqmış" eləmi?..
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














