Xəbərlər
27.10.2025, 23:20
Türkiyə Superliqası: "Fənərbağça" 3 xalı darmadağınla qazanıb
Futbol üzrə Türkiyə Superliqasında X tura yekun vurulub.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.
"Fənərbağça" səfərdə "Qaziantep"in qonağı olub. İstanbul təmsilçisi rəqibinə 4:0 hesabı ilə qalib gəlib. Qolları Yussuf En-Nesiri (2) və Anderson Taliska vurublar.
Bu qələbə ilə xallarını 22-yə çatdıran "Fənərbağça" 3-cü pillədəki mövqeyini qoruyub. "Qaziantep" isə 17 xalla altıncıdır.
Günün digər matçında isə "Samsunspor" "Rizəspor"la heç-heçə edib.
Qeyd edək ki, turnir cədvəlinə 28 xalla "Qalatasaray" başçılıq edir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay