O, danışığı, sözü, rəftarı, yerişi, duruşu, gülüşü ilə də seçilirdi

Hər kəs həyatında müxtəlif xarakterli insanlarla rastlaşır, ünsiyyət qurur, yoldaşlıq edir. Onların arasında öz etibarı, vəfası, ali xüsusiyyətləri ilə seçilən üç, dörd, çox zaman ancaq bir nəfərlə dostluq əsl etalona çevrilir. Belə insanlar müqəddəsliyi, sədaqəti, fədakarlığı, qüdrəti, xoş rəftarı, təvazökarlığı, yüksək mədəniyyəti və başqa ali keyfiyyətləri özündə cəm edir və əhatəsinə də təlqin etməyə müvəffəq olur. Rövşən Abduləhəd oğlu Zeynalov kimi!
Rövşən haqqında artıq keçmiş zamanda danışmağa məcburuq. Çünki artıq o, axirət dünyasındadır. Onun şəxsi keyfiyyətlərini sadalamalı olsaq, onu deyə bilərik ki, o, yüksək mənəviyyatı, intellekti və mədəniyyəti olan əsl azərbaycanlı, vətənpərvər basqallı idi. O, yorulmaq bilməyən çox zəhmətkeş, çalışqan, fərdi keyfiyyətlərə malik bir insan idi. Onun danışığı da, sözü də, rəftarı da, yerişi də, duruşu da, gülüşü də tam fərqli idi. Daim öz işindən zövq alır, ancaq heç vaxt öyünmür, həmişə öyrənməyə can atırdı. Onun söhbətləri şirin, duzlu-məzəli idi. Amma mövzu və məna baxımından geniş, mükəmməl, dərin və zəngin idi.

Yaxşı yadımdadır, çox vaxt xeyir-şər məclislərinə Əkbər əminin oğlu rəhmətlik Vaqiflə gedirdi. Mən sonradan öyrəndim ki, ikisinin də arasında ənənəvi möhkəm dostluq var. Bir çox yerlimiz onların bu dostluğuna həsəd aparırdı. Onlar heç vaxt yersiz mübahisə etmir, bir-birinin sözünə diqqətlə qulaq asır, fikirlərinə hörmətlə yanaşırdılar. İkisinin də atası Basqalın hörmətli şəxsləri olub – Abduləhəd əmi və Əkbər dayı.
Rövşən Vətən müharibəsinin şəhidi, “Azərbaycan bayrağı” ordenli Xeyrulla İbrahimovun atası Mais əminin bacısı oğludur. Həmişə “Şəhidlər xiyabanı”nda dəfn edilmiş Xeyrullanın anım günlərində qohumların, dost-tanışların arasında, dayısının, dayısı arvadı Xalidə xalanın yanında görmüşəm onu. Amma son vaxtlar, ələlxüsus da sonuncu anım günündə gözümə dəymədi. Öyrənmişdim ki, əməliyyat olunub, həkimlər onun özünün infeksiyaya yoluxmaması üçün çölə çıxmağa, insanların arasında olmağa icazə vermirlər. Düzü, bir az duyğulanmışdım. Ona görə ki, daim çöldə-bayırda, azad gəzən bir insanı bundan məhrum etmişdilər. O, insanların arasında olmağı, xeyrinə, şərinə yarımağı xoşlayırdı. Bu da nəsildən, atadan keçmə bir vərdiş idi…
Bütün bu danışdıqlarımın, söhbətlərin mayasında Rövşən Zeynalov şəxsiyyətinə tükənməz bir sevgi, böyük bir ehtiram dayanır. Çünki hamı onu vətəndaş və vətənpərvər insan kimi tanıyırdı. İndi də dünyadan getməsinə təəssüflənirlər. Ən önəmlisi bir də odur ki, yas mərasiminə toplaşanların heç biri boğazdan yuxarı danışmırdı. Onlar dillərinə ürəklərindən keçəni gətirirdilər...
R.Zeynalovun bizi tərk etməsindən təxminən 20 gün əvvəl əmisi oğlu İlham Zeynalov da dünyasını dəyişmişdi. Əvvəlcə onun məclisində görmədim Rövşən Zeynalovu. Onun xəstəliyini heç ağlıma da gətirmirdim. Bizə - mənə və dostum Hacı İlqara onun səhhətilə bağlı xəbəri şəhidimiz Xeyrullanın valideynləri onlarda olarkən bildirdilər, dedilər ki, Rövşən əməliyyat olunub. İkimiz də təəssüf hissi keçirdik. Hazırlaşırdıq kiikimiz də zəng edib hal-əhval tutaq, amma…
Rövşən qardaşımızdan bu dünyada nə qaldı? Duzlu-məzəli, şirin söhbətləri, xeyirxah əməlləri, nəcib işləri, saf, təmənnasız dostluğu… Daha nə? Rövşən qardaşımızdan bu dünyada həm də bir sevgi, bir məhəbbət qaldı: Ailəyə, nəsilə sevgi, Vətənə, yurda, torpağa bağlılıq. O, bu sevgi toxumlarını əli çatan, imkanı yetən hər ürəyə, hər yerə səpdi. Çoxu cücərib baş qaldırdı, bar verdi və verməkdədir... Torpağa, yurda bağlılığı hər kəsə arzu edərdim – Rövşən
Zeynalov bağlılığı kimi!..

Atası Abduləhəd Zeynalov 1973-cü ildə - 18 yaşında olanda dünyasını dəyişəndən sonra ailənin bütün yükü, ağırlığı, məsuliyyəti Rövşənlə anası rəhmətlik Sənubər xalanın üzərinə düşüb. Zarafat gəlməsin, 11 uşağı – 7 oğulu, 4 qızı böyüdüb yerbəyer etmək, ailə sahibi kimi bu günümüzə gətirib çıxarmaq, kiməsə asan gəlməsin. Bir qarnı ac, bir qarnı tox bu işlərin öhdəsindən gəlməyi Rövşən kimi övlad, Sənubər kimi mətin, kişi qeyrətli xanım bacarardı.
Qardaşları Ağarəzi, Saqit, Sahil, Xəyalət, Kənan və Fəqan, eləcə də yaxından tanıdığım bacıları da bu fikrimin doğruluğunu təsdiq edə bilərlər.
Qardaşı mənim ən yaxın dostum Saqit deyir ki, 18 yaşından – atası dünyasını dəyişəndən bu günədək həmişə ailənin yanında olub. Müxtəlif sahələrdə sürücü kimi çalışıb, fabrikdə işə düzəlib. Harada işləməyindən asılı olmayaraq, böyük hörmət qazanıb.
Ailənin yükünü çiyinlərində gəzdirən ana-bala həmişə narahat olub. Onlar hamını ev-eşik sahibi ediblər. Böyük qardaş böyük ailənin də bütün problemlərini yoluna qoyub. Nümunəvi ailə kimi Basqalda, eyni zamanda qohumlar arasında tanınıb. Həmişə tələbkarlığı ilə fərqlənib Rövşən. Bir iş alınmayanda özünü narahat hiss edirdi. Rövşən təkcə ailəyə, qohumlara yox, qonum-qonşuya da köməklik edib, arxa-dayaq olub. Əlisa əminin qızı, həm də bibisi qızı ilə ailə qurmuşdu. O da Basqalın tanınmış, etibarlı, sözü keçən ağsaqqallarından idi. 3 övlad atası Rövşən Zeynalov həm də baba idi. Övladlarından daha çox istədiyi nəvələrinin nazı ilə oynayır, məxsusi olaraq qayğı göstərir. Nəvə şirinliyi sonadək dadmamış zalım fələk ailəsindən apardı…
Rastlaşanda müşahidə etmək olurdu ki, elə bil üz-gözünə peyğəmbər nuru çilənib, - bu, dostlarından birinin sözüdür və məni təxminən 10-12 il əvvələ qaytarır. Əmisi uşaqlarının birinin toyunda iştirak edirdik. Rəmiş də o toya təşrif gətirmişdi. Amma sonda gəlmişdi, demək olar ki, dəvətlilərin bir çoxu zaldan çıxıb getmişdi. Düzü, əvvəlcə pis vəziyyətdə qalmışdıq. Demişdik ki, sənətkarımız toyun əvvəlində gəlsin. Amma müəyyən anlaşılmazlıq olmuşdu. Buna baxmayaraq rəhmətlik İntiqamla Rövşən özlərini irəli verdilər, qohum-əqrəbanı tez bir zamanda səfərbər etdilər. Həm məclis əhli razı qaldı, həm də sənətkar. Rəmişlə fotoşəkil çəkdirəndə Rövşənin çöhrəsini gərək görəydiniz. Nurani və düşüncəli çöhrəsi indi də gözümün qabağındadır. Sanki bu 10-12 il əvvəl yox, 10-12 gün qabaq olub. Adamın göz yaddaşına bu qədər ani həkk olunması, bir neçə dəfə görməklə hafizədə belə dərin iz buraxması heç də həmişə baş vermir. Səbəbi yəqin ki, elə o dostunun dediyidir, üz-gözünə peyğəmbər nuru çilənməsidir.
Bu da başqa dostunun sözüdür: Rövşən Zeynalov özünə görə nüfuz sahibi idi. Keçdiyi həyat yolu ona söz demək, fikir söyləmək, nəyin yaxşı, nəyin pis olduğuna qiymət vermək səlahiyyəti qazandırmışdı.
Bu heç də hər kəsə verilməyən, heç də hər kəsin qazana bilmədiyi səlahiyyət idi.

Deyəsən Rövşən Zeynalovun həyat prinsipini bir daha xatırlatmağa ehtiyac var: biliyə sevgi, ailəyə sevgi, Vətənə sevgi. Onun biliyə, Vətənə olan sevgisindən qısaca da olsa danışdıq. Bunu sübut edən müəyyən misallar çəkdik, dəlillər gətirdik. Qaldı ailəyə sevgi.
Qardaşı Sabitin mənə təqdim etdiyi fotoşəkillərdən bəlli olur ki, o, həqiqətən ailəcanlı olub. Rövşənin necə ər, necə ata, necə baba olduğunu ifadə etmək üçün bundan təsirli, bundan dəqiq ifadələr tapmaq mümkünsüzdür. Buraya oğlunun da sözləri əlavə edilsə, portret cizgilər tamamlanar: “O, həyatı boyu öz zəngin daxili aləmi və yüksək mənəviyyatı ilə bizə - övladlarına hər kəs üçün müqəddəs və ülvi hiss olan Vətən sevgisini - Azərbaycan sevgisini, vətənpərvərlik duyğusunu aşılamağa və cəmiyyətə ləyaqətli vətəndaş yetişdirməyə çalışıb”.
Meşə də, çəmən də əzizdir ona,
Vətənin gölü də dənizdir ona,
Bakı - Basqal yolu əkizdir ona,
Qalıbdır əbədi izi Rövşənin.

Rövşən Zeynalov da, əmisi oğlu İlham Zibeyir oğlu Zeynalov kimi, dayısı oğlu şəhid Xeyrulla Mais oğlu İbrahimov kimi qiymətli soyad, əbədi iz və hamının dediyi kimi, bir sevgi qoyub getdi.
Özü getdi, sözü qaldı. Özü getdi, izi qaldı. Bir də sevgi qaldı – Rövşən qardaşımıza olan sevgi, Rövşən Zeynalovun ürəklərdə alovlandırdığı üç böyük sevgi…













Son xəbərlər

Oktyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Oktyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Ağstafada müəllim işdə ölüb

Ağstafada müəllim işdə ölüb

BDYPİ həftəsonu səfərləri öncəsi sürücülərə xəbərdarlıq edib

BDYPİ həftəsonu səfərləri öncəsi sürücülərə xəbərdarlıq edib

Bakıda Zəfər Günü münasibəti ilə konsert və atəşfəşanlıq olacaq

Ora təkcə helikopterlə getmək mümkündür - Fotolar

Daşdəmir ƏJDƏROĞLU : RÖVŞƏN ZEYNALOV TAM FƏRQLİ İNSAN İDİ… - FOTOLAR

Erməni siyasətçinin oğlu separatçıların silahı ilə özünü güllələdi

ABŞ bu ölkənin prezidentinə qarşı sanksiyalar tətbiq etdi

Bu tablo 36 milyona satıldı

Beynəlxalq Miqrasiya Təşkilatı Liviyada miqrantların vəziyyətindən narahatdır

“Aynadaki yabancı”da dəyişiklik

“Zəfər rəqsi” filminin qala-premyerası keçirilib - FOTOLAR

Yeni vergi gəlir: Kafe və restoranlarda qiymətlər dəyişəcək?

Qubadlı şəhərinin işğaldan azad edilməsindən 5 il ötür

Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi

Türkiyədə faciə oldu - 17 nəfər öldü

Milyonlarla “Optimus” robotu hazırlayacaq

“Heç kimin əleyhinə ifadə verməmişəm”

Yeni Nikolya dünyaya gəldi

Engin Benli xəstəxanalıq oldu

“Milyon qırmızı qızılgül”ün müəllifi xəstəxanaya yerləşdirildi

“Moskvanın cavabı sərt olacaq” - Zaxarova

Şokolad və mürəbbə ilə zəhərləmək istədilər

Dünya çempionatı: Azərbaycanın üç güləşçisi bürünc medal görüşünə çıxacaq

Bu müəllimlərə maaşdan əlavə 2 min manat veriləcək

Bütün xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031