
Xəbərlər
16.03.2021, 00:02
Tanınmış general-leytenant Rövşən Əkbərov həbs edildi
General-leytenant Rövşən Əkbərov həbs edilib.
Turaztv.az Sfera.az-a istinadən xəbər verir ki, onun hansı səbəbdən saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.
Məlumata görə, Rövşən Əkbərov-un barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R.Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub.
Xatırladaq ki, Vətən Müharibəsinə başlayandan sonra general Rövşən Əkbərovun döyüşlərdə adının hallanmaması və görünməməsinə görə Ordudan uzaqlaşdırıldığı ilə bağlı məlumatlar yayılmışdı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













