
Xəbərlər
7.10.2025, 09:39
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,91 ABŞ dolları və ya 1,31% artaraq 70,12 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,21 ABŞ dolları idi.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay