Müəllimlərinizi sevin, amma belə yox)))
Heyif ki, dərdimi bilmirdi müəllim))


Məktəbə çox gözəl müəllim gəlib,
Belə bir səs-soraq yayıldı kəndə.
Bu xəbər mənim də qəlbimi dəlib,
Körpə ürəyimi salmışdı bəndə.

Cavab axtarırdım tək bir suala
Görəsən bizə də dərs deyəcəkmi?
Hərdən də düşürdüm xoş bir xəyala,
Məktədə getməyə vaxt gələcəkmi?

Canlanma var idi məktəb yolunda,
O gün başlamışdı təzə dərs ili.
Sinif rəhbərinin durub solunda,
Qabaqkı sıraya keçdim mən dəli.

Toplantı başlandı bilik günüycün,
İlk sözü direktor söylədi aman.
Təzə müəllimi tanışlıq üçün,
Çağırdı yanına söz deyən zaman.

Elə o zaman da uğultu qopdu,
Böyük uşaqların pıçıltısından.
Elə bil qəlblərə məhəbbət hopdu,
O gözəl simanın işıltısından.

Sinif rəhbərimə tutub üzümü,
Sualı söylədim səbirsiz kimi.
O da eşitməyib mənim sözümü,
İntizar içində qoydu qəlbimi.

Sən demə, çıxmırmış mənim heç səsim,
Təzə müəllimi gördüyüm andan.
Bu gözəl dünyada varmış bir kəsim,
Sevdim müəllimi həmin zamandan.

Əvvəl anlamadım düşündüyümü,
Dəli xəyalların toruna düşdüm.
Yadımdan çıxardım üşüdüyümü,
İsti bir duyğunun yoluna düşdüm.

Ən böyük arzuma catmışdım o gün,
Bizə də dərs dedi təzə müəllim.
Oxudum dərsimi onuncün hər gün,
Lövhə qarşısına deyim "mən gəlim".

Artmışdı həvəsim on qat məktəbə,
Səliqə-sahmana fikir verirdim.
Qəlbim də gəlmişdi yamanca təbə,
İngilis dilində qəzəl deyirdim.

Heç yata bilmirdim gecələr hərdən,
Bizə keçməyəndə müəllim dərsin.
Xəyalən toplayıb çiçəkdən, güldən
Ona vermək idi ancaq həvəsim.

Günlərin bir günü təzə bir xəbər,
Bomba tək partladı qulaqlarımda.
Gəlin köçəcəkdir o gözəl dilbər,
Taqət də qalmadı ayaqlarımda.

Son görüş, o son dərs, o son baxışlar,
Ah necə od tutub yanırdı qəlbim.
İçimə yağırdı qəmdən yağışlar,
Heyif ki, dərdimi bilmirdi müəllim.

Son xəbərlər

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31